Zaxarovadan ermənistanlı jurnalistə SİLLƏ KİMİ CAVAB

# 18:42
15 sentyabr 2022

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistan İctimai Televiziyasının müxbirinə təxribatçı sualına görə nöqsan tutub. APA TV-nin Moskva müxbiri xəbər verir ki, erməni jurnalist Azərbaycanın Ermənistan ərazisinə sentyabrın 12-dən 13-nə keçən gecə guya hücum etməsi, eləcə də dünən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan sərhədində yerləşən postunu və xidməti avtomobilini guya atəşə tutması ilə bağlı sual verməyə cəhd edərkən Zaxarova jurnalistin sualını yarımçıq saxlayıb və bildirib ki, bu, Rusiya XİN-nin rəsmi nümayəndəsinin brifinqidir, erməni jurnalistin deyil: “Ona görə də xahiş edirik, sualı səsləndirin, mövqeli materialı üzündən oxumayın. Bu birincisi, ikincisi isə, biz Ermənistan tərəfindən yardımla bağlı müraciət almışıq. Bildiyiniz kimi, KTMT-nin onlayn sammiti keçirilib və KTMT missiyasının Ermənistana göndərilməsi qərara alınıb. Rusiya tərəfi gərginliyi azaltmaq məqsədi ilə mümkün olanı edir”, - deyə o deyib. Daha sonra ikinci sualını səsləndirən jurnalist təxribatçı ritorikasını davam etdirib. Bu dəfə də Rusiya XİN nümayəndəsi onu axıradək dinləməyib. "Yəqin ki, mən sözümü dəqiq demədim. Mən sizdən xahiş etdim ki, bəyanat yox, sual verəsiniz. Mən hər şeyi gözəl başa düşürən, sizə hörmətlə yanaşıram. Amma yenə də ümid edirəm ki, mənim xahişimi eşidəcəksiniz. Xahiş edirəm, sual verin", - deyərək M.Zaxarova təxribatının qarşısını alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR