Zaxarovadan Paşinyana sillə kimi cavab: Yer üzündəki həqiqətləri dərk etmir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının fəaliyyəti haqqında danışıb.
Bu barədə AzVision.az saytı məlumat yayıb. Məlumata görə, o, Laçın dəhlizi problemi ilə bağlı sualı cavablandırarkən rus hərbçilərin tənqidini yersiz adlandırıb.
"Biz dəfələrlə demişik ki, Rusiya sülhməramlıları bölgədəki vəziyyətin həlli üçün əlindən gələni edir. Heç bir ictimai hücum bu işlərə kömək etmir. Vəziyyət daha pis idi. Biz durumu yaxşılaşdırmaq üçün çalışırıq",- Rusiya XİN rəsmisi qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentini Laçın dəhlizi boyu yaranmış vəziyyətlə bağlı aydın şəkildə izahat verməyə çağırmışdı.
Paşinyan həmçinin sülhməramlı kontingenti Qarabağda guya hansısa "etnik təmizləmə"yə səssiz şahid kimi baxdığı üçün qınayıb. Baş nazirin sözlərini şərh edən Zaxarova isə "görəsən, Rusiya sülhməramlıları olmasaydı, durum dahamı yaxşı olardı” sualını verib. Onun fikrincə, ünvanladığı sualın cavabı da aydındır. Bu cür fikirlər səsləndirmək yer üzündəki həqiqətləri dərk etməmək deməkdir.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)