Zaxarovadan Paşinyanın “Qarabağ Azərbaycanındır” fikrinə münasibət
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımağa hazır olduğu ilə bağlı sözlərinə münasibət bildirib.
Bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova məlumat verib.
"Moskva Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımağa hazır olduğu ilə bağlı bəyanatını onun 2022-ci ildəki mövqeyinin təsdiqi olaraq nəzərdən keçirir", - Zaxarova deyib.
Qeyd edək ki, N.Paşinyan son bir ayda artıq üçüncü dəfə “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatı ilə bu və digər şəkildə "Qarabağ Azərbaycandır!" deyib.
DİGƏR XƏBƏRLƏR
Diplomatlar Xankəndiyə səfər etdi- şəhərdə görülən işlərlə tanış oldular
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib