Zəfər Günü münasibətilə Ağdamda etüd-sərgi təşkil edilib

# 00:01
9 noyabr 2021

Zəfər Günü münasibətilə Ağdamda etüd-sərgi təşkil edilib.

"Vətənpərvərlik etüdləri" lahiyəsi çərçivəsində "Ağdamın mənzərələri" adlı etüd-sərgi təşkil edilib. Azərbaycan Respublikası Prezidentinin Ağdam Rayonunun İşğaldan Azad Edilmiş Hissəsində Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının 14 üzvü iştirak edib. Rəssamlar şəhərin müxtəlif yerlərində, erməni vandallığının qurbanına çevrilən tarixi abidələrin, simvolik tikililərinin rəsmini çəkib.

Rəssam Təranə Musayeva Ağdam şəhər sakinidir. Şəhər 1 nömrəli məktəbdə oxuyub. Bu gün rəsam kimi qayıtdığı şəhərdə xoşbəxt günlərindən o günlərdən heç bir nişanə qalmadığını deyir.

Gənc rəssam Elçin Həsənov Ağdam Dram Teatrının qalıqlarını fırçası ilə yaddaşlar yazdı. O bir gün bura yenə qaydacağını, və Ağdamın xoşbəxt günlərini çəkəcəyini deyir.

Rəssamlar çəkdikləri əsərləri günün sonunda Şahbulaq qalasında təşkil olunan sərgidə nümayiş etdirdilər. Sərgidə əsasən, ötən il işğaldan azad olunan guşələrimizin təsvirləri, Ağdam mənzərələri, tarixi abidələri və Azərbaycanın düşmən üzərindəki qələbəsini əks etdirən rəsm əsərləri yer aldı. Rəssamlar Ağdamın məşhur İmarəti, Çörək muzeyi, Dram teatrı, Cümə məscidi, Qiyaslı məscidindəki və Şahbulaq qalası ətrafındakı etüdləri təsvir ediblər. Tədbir zamanı çıxış edən Prezidentin Ağdam Rayonunun İşğaldan Azad Edilmiş Hissəsindəki Xüsusi Nümayəndəsi Emin Hüseynov torpaqlarımızı 30 illik erməni işğalından azad edərək qazandığımız bu qələbənin ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib və ürək sözlərini iştirakçılarla bölüşüb. Sonda tədbir iştirakçılarına hədiyyə və diplomlar təqdim olunub.

 

Habil Aslanoğlu

Ziya İsmayıloğlu

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR