“Zəfər yolunun qəhrəmanları” silsiləsindən növbəti tədbir keçirilib

# 22:00
29 oktyabr 2021

Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan qəhrəman “Naxçıvanskilərdən” biri də kapitan Ceyhun Aydın oğlu Həsənovdur. Yaşasaydı oktyabrın 29-da onun 36 yaşı tamam olacaqdı. Lakin şəhidliyinin birinci ildönümündən bir ay sonra vaxtilə yaşadığı Bakı şəhərinin Xətai rayonundakı Gəncə prospekti-50 ünvanında şəhidin ad günü təntənə ilə qeyd edilir.


APA TV Müdafiə nazirliyinin saytına istinadən xəbər verir ki, Müdafiə Nazirliyi və Xətai rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə “Zəfər yolunun qəhrəmanları” silsiləsindən növbəti vətənpərvərlik tədbirində şəhidin ailə üzvləri, müharibə iştirakçıları, qazilər, təhsil aldığı xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, Xətai rayon gəncləri və məktəblilər iştirak ediblər.


 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR