Zelenski azərbaycanlı hərbçiləri şəxsən MÜKAFATLANDIRDI
Ukrayna Prezidenti Vladimir Zelenski daha bir həmvətənimizi təltif edib.
Bu barədə Lent.az-a Kiyevdə yaşayan iş adamı Oktay Əliyev məlumat verib.
Məlumata görə, Ukrayna ordusunun hərbçisi Ruslan Xəlilov "Ukraynaya hərbi xidmətə görə" medalı ilə təltif edilib.
O, Zoporojye istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdı.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri Ağayev Əlixan İkinci dərəcəli "Boqdan Xmelnitski", Kiril Ağasıyev "Ukrayna Qəhrəmanı", Raqif Əliyev və Məcid Abdulqafarov "İgidliyə görə" ordenləri ilə təltif olunublar.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib