Zelenski bütün Ukraynanın gözlədiyi ÇAĞIRIŞI ETDİ

# 15:03
5 mart 2022

“Əminəm ki, biz tezliklə vətəndaşlarımıza qayıdın deyəcəyik”.

 

APA TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

 

O Ukraynanın bərpası üçün onlarla milyard dollar ayrıldığını və tezliklə vətəndaşların Polşadan, Rumıniyadan, Slovakiyadan və başqa ölkələrdən qayıtmaq üçün çağırış edəcəklərinə əmin olduğunu vurğulayıb:

 

“Bu, ilk qərardır. Biz işğalçılara böyük zərbə vururuq. Rusiya ordusu 10 minə yaxın canlı qüvvə itirib. Bu dəhşətdir, əsgərlər 18-20 yaşındadır. Onlar niyə döyüşdüklərini belə izah edə bilmirlər. Rusiya onlara ölümdən başqa da nəsə verə bilərdi. Biz danışıqlar nəticəsində əldə olunmuş razılaşmanın üzərimizə düşən hissəsinə əməl edirik”, - deyə dövlət başçısı vurğulayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR