Zelenski: “Hamını Kiyevə dəvət edirəm”

# 11:42
16 mart 2022

“Mən Ukraynanın bütün dostlarını Kiyevə səfərə dəvət edirəm. Lakin bura təhlükəli ola bilər. Çünki səmamız hələ Rusiya raketləri və təyyarələri üçün bağlı deyil”.

 

APA TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski rəsmi Teleqram kanalında paylaşdığı video-müraciətində deyib.

 

“Havada arsenalımızın gücləndirilməsi ilə bağlı qərar hələ verilməyib. Təyyarələri almamışıq. Amma siz dəqiq bilirsiniz ki, indi bütün dünya insanlarının gözü paytaxtımıza, ukraynalılara dikilib. Bizimlə olan hər kəsə minnətdar olacağıq”, - deyə Zelenski qeyd edib.

 

Qeyd edək ki, ötən gün Polşa, Sloveniya və Çexiya baş nazirləri Kiyevə səfər edib və Zelenski ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR