Zelenski həyəcan təbili çaldı: “ NÜVƏ SİLAHINA HAZIR OLMALIYIQ”
“Bütün dünya ölkələri Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsində taktiki nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır”.
APA xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski qeyd edib ki, Putin Ukrayna xalqının həyatına dəyər vermədiyi üçün nüvə və ya kimyəvi silahdan istifadə edə bilər.
“Tək mən yox, bütün dünya, bütün ölkələr kimyəvi silahın istifadəsindən narahat olmalıdır. Bu, real məlumat olmaya bilər, amma doğru da ola bilər. Onlar üçün xalqın həyatı heç nədir. Düşünmək lazımdır, qorxmaq yox, hazır olmaq lazımdır”, - deyə Zelenski bildirib.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?