Zelenski Makronla Ukraynanın gələcək təhlükəsizlik zəmanətləri barədə danışıb

# 11:42
5 iyul 2023

Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb. Bu barədə Zelenski tviter hesabında paylaşım edib. Fransa Prezidenti Emmanuel Makronla faydalı və məhsuldar söhbət oldu. Biz müdafiə sahəsində əvvəlki və əldə edilmiş yeni sazişlərin icrasını müzakirə etdik. Çox ehtiyac duyulan tibbi nəqliyyat, əlavə yüngül tanklar və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla böyük bir zirehli texnikaya görə ona təşəkkür etdim. Biz Rusiyada və döyüş meydanında vəziyyəti müzakirə etdik. NATO-nun Vilnüs sammitindən gözləntilərimizi bölüşdük və Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri barədə danışdıq. Həmkarıma xəbərdarlıq etdim ki, işğalçı qoşunlar Zaporoje AES-də təxribatlar hazırlayır. Biz Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birlikdə vəziyyəti maksimum nəzarət altında saxlamağa razılaşdıq", - deyə Zelenski bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR