Zelenski növbəti dəfə xalqa müraciət etdi - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə xalqa müraciət edib.
APA-nın Unian.net saytına istinadən xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb.
"Bir daha Rusiya Federasiyasının Prezidentinə müraciət etmək istəyirəm. Bütün Ukrayna ərazisində müharibə gedir. Gəlin danışıqlar masası arxasında əyləşək. İnsanların ölümünün qarşısını almaq üçün".
O həmçinin, Rusiyanın Ukraynaya hücumunu bütün Avropaya hücum adlandırıb.
“Rusiyanın Ukraynaya müdaxiləsi Avropanın birliyinə, insan haqlarına, Avropada mövcud olan bütün qaydalara hücumdur”, - deyə Zelenski qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu