Zelenskidən müraciət: Qorxmayın, Rusiyanın planını pozduq

# 19:17
26 fevral 2022

Ukrayna prezidenti Volodimir Zelenskinin yeni çıxışı yayılıb. Dövlət başçısı rəsmi "Facebook" hesabında xalqa müraciət edərək deyib:

“Biz düşmənin hücumlarına tab gətirdik və uğurla dəf etdik. Dövlətimizin bir çox şəhər və rayonlarında döyüşlər davam edir. Amma biz nəyi qoruduğumuzu bilirik: ölkəni, torpağı, uşaqların gələcəyini. Kiyev və paytaxt ətrafındakı əsas şəhərlər ordumuz tərəfindən idarə olunur. İşğalçılar Donetskdəki kimi dövlətimizin mərkəzini blok edib, öz marionetlərini bura da qoymaq istəyirdilər. Biz onların planını pozduq.” 

Ukrayna prezidenti həmçinin Rusiyaya da səslənərək minlərlə qurban, yüzlərlə məhkumun niyə ölmək üçün Ukraynaya göndərildiklərini bilmədiklərini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR