Zelenskidən rusyönümlü partiya lideri ilə BAĞLI TƏKLİF
Ukrayna Prezidenti Vladimir Zelenski “Müxalifət platforması – Həyat uğrunda” partiyasının Siyasi Şurasının sədri Viktor Medvedçuku Rusiyaya əsir düşmüş ukraynalı hərbçilərə dəyişməyə hazır olduğunu bəyan edib.
APA TV xəbər verir ki, bu barədə Zelenskinin “Telegram”dakı rəsmi kanalında videomüraciəti yayımlanıb.
“O, 48 gün idi ki, gizlənirdi. Və nəhayət sərhədlərimizdən kənara qaçmağa cəhd göstərdi. Onun maskalanmaq üçün hərbi formadan istifadə etməsini xüsusilə qeyd etmək istərdim. Əgər Medvedçuk özünə hərbi forma seçibsə, hərbi qanunlara uyğun olaraq, Rusiya Federasiyasına onların adamını bizim əsirlikdə olan oğlan və qızlarımıza dəyişməyi təklif edirəm”, - deyə Zelenski qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib