Zelenskinin ofisi hər kəsin gözlədiyi xəbəri açıqladı
Rusiya ilə Ukrayna arasında razılaşma 1-2 həftə ərzində, uzağı maya qədər imzalana bilər.
APA TV xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisinin rəhbərinin məsləhətçisi Aleksey Arestoviç “Feygin Live” YouTube kanalına müsahibəsində deyib.
“Belə deyə bilərəm, mayın əvvəllərindən gec olmayaraq, bəlkə də daha tez tarixdə biz sülh razılaşmasına gələ bilməliyik. Baxaq, mən ən uzaq tarixi götürürəm. Ya yaxın 1-2 həftə ərzində razılaşırıq, ya da daha bir danışıqlar raundundan sonra mayın sonuna qədər razılaşma əldə edirik”, - deyə o bildirib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu