Zəlzələ bölgəsində gecə-gündüz demədən işlədilər: 1 aydan sonra Vətəndə
Bakıda Türkiyədə baş vermiş zəlzələdə Azərbaycan könüllülərinin fəaliyyətinə dair mətbuat konfransı keçirilib.
Konfransda öncə zəzələ nəticəsində dünyasını dəyişən insanların xatirəsi bir dəqiqiəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev və ittifaqın digər nümayəndələri Türkiyədəki zəlzələdən sonra Azərbaycan könüllülərinin oradakı fəaliyyəti barədə geniş məlumat veriblər.
Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıblar. Yüzlərlə zərərçəkmiş şəxsə yardım edən könüllülərdən biri olan Səma Orucova Zəlzələ bölgəsində yaşanan təsirli bir xatirəni dilə gətirdi.
Azərbaycan gənclərinin Türkiyədəki bu nəcib fəaliyyəti bir daha sübut edir ki, ölkə rəhbərliyinin könüllülülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülülük hərəkatı artıq daha geniş imkanlara sahibdir.
Qeyd edək ki, 200-dən çox Azərbaycan könüllüsünün Türkiyədəki fəaliyyəti bir ay davam edib.
Nərmin Murad
Həzrət Bayramlı
APA TV
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)