Zəlzələ yaradan silah varmı? - İkram Kərimov tektonik silah yaradıb?

# 20:23
8 fevral 2023

Bir neçə gündür ki, qardaş Türkiyədə, Suriyada, İranda baş verən dəhşətli zəlzələlər minlərlə insanın həlak olması ilə nəticələnib. Dağılan binalar altından çıxarılan vətənaşların, xəsarət alanların, dünyasını dəyişənlərin sayı hər gün dəyişir. Sözügedən ölkələrdə güclü zəlzələlərin ard-arda başlanması isə tektonik silahlar vasitəsi ilə süni zəlzələ yaratmaq fərziyyələrini gündəmə gətirdi. Bəs baş verən bu təbii fəlakətlərin tektonik silahlarla bağlılığı varmı? Elektromaqnit dalğaları vasitəsilə iqlimi dəyişmək, zəlzələ yaratmaq mümkündürmü?

 

“Belə bir silah yoxdur. Bu ,bəzi adamların uydurmasıdır. Süni zəlzələləri atom bombasını sınaqdan keçirdəndə bu boyda zəlzələ olmur. Bu zaman ən yüksək halda  maqnitudası 4,5  olan zəlzələlər yarada bilər. Seysmoloqlar süni zəlzələni seçə bilirlər. Bu tektonika sözünün mənasını bilməyən adamların yaratdığı fikirlərdir. Tam  əmin ola bilərsiniz ki, belə bir silah yoxdur. “

 

Məlumata görə,  bu silahı yaratmaq haqqında ideyanı  ilk dəfə 1992-ci ildə rus alim Aleksey Nikolayev səsləndirilib. O, belə ideya  irəli sürüb ki, dünyanın dərin qatlarında yığılmış enerjini seysmik dalğalarla yönləndirərək, güclü zəlzələlər yaratmaq mümkün ola bilər. Bəzi mənbələrdə isə tektonik silahın dünyada ilk ixtiraçısı kimi  azərbaycanlı alim İkram Kərimovun adı çəkilir. 

 

“Son əlli ildə dünyada baş verən istənilən dağıdıcı zəlzələlərdən sonra tektonik silahlar mövzusu  gündəmə gəlir. Tektonik silah  sahəsində ilk dəfə azərbaycanlı alim İkram Kərimovun seymik proseslərə  kənardan müdaxilə mövzusunda fəaliyyətləri olub. Bizim azərbaycanlı alim merkuri proqramlarına da rəhbərlik edib.  Lakin bu məsələlər məntiqi sonluğa çatmayıb. Yəni tektonik silahın nə özünü görən nə onun istifadə edən ,nə də onun istifadəsinə aid ortada fakt var”

 

Maraqlıdır, yerin daxilində yığılmış enerjiləri hansı güc hərəkətə gətirə bilər ki, yeraltı təkan baş versin? Hazırda dünyada bu qədər enerji yaradacaq güc varmı? Elektrik mühəndisi və fizik Sadiq Şamilov deyir ki, hazırda zəlzələ dalğasının tezlik gücünü əvəz edəcək nəsə yoxdur.

 

“ Müəyyən sənədli filmlər var həmin silahlarla bağlı. Həmin filmlərdən müəyyən bir hissəni götürüb paylaşırlar, bu zəlzələləri onunla bağlayırlar. Düşünürəm ki, həmin  o yüksək tezlikli dalğalar ,iqlim dəyişdirən silahlar vasitəsilə yerin daxilinə müdaxilə olunmasının elmi əsası yoxdur. Bu tətqiqat proqramları ilə belə bir zəlzələ yaratmaq mümkün deyil.  Həmin dalğalar zəlzələ dalğasına çata bilməz. Türkiyədə olan zəlzələ isə heç də zəif tezlikli zəlzələnin yaradacağı bir şey deyil. “

 

Məsələ ilə bağlı ilk tektonik silahın yaradıcısı olduğu deyilən, zəlzələşünas alim İkram Kərimovla da əlaqə saxlamağa çalışdıq. Ancaq təəssüf ki, bütün cəhdlərimiz uğursuz alındı. Uzun müddətli axtarışlardan sonra tək bunu öyrənə bildik ki, görkəmli alimimiz uzun illərdir ölkə xaricində yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR