Zəncirvari qəza tıxaca səbəb oldu

# 11:34
11 may 2024

Bakının Sabunçu rayonunda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, qəza Zabrat-Balaxanı yolunun kəsişməsində qeydə alınıb. Belə ki, zəncirvari qəza "Tofaş", "Khazar", "Mercedes" və "Kia" markalı minik avtomobillərinin iştirakı ilə baş verib. Qəza nəticəsində "Tofaş" yararsız vəziyyətə düşüb. Hadisədə sözügedən minik avtomobilinin sürücüsü ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Qəza səbəbindən Zabrat yolunda uzun tıxac yaranıb. Hadisənin təfərrüatı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR