Zəngilana köçürülən ailələr tibbi müayinələRdən keçirilir
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb.
TƏBİB-dən APA-ya verilən məlumata görə, Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinə birinci mərhələdə 41 məcburi köçkün ailəsinin köçürülməsi ilə bağlı tibbi müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Masazır Ailə Sağlamlıq Mərkəzində və Abşeron Rayon Mərkəzi Xəstəxanasında aparılır.
Müayinələr Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Bundan sonra da TƏBİB tərəfindən işğaldan azad olunmuş ərazilərə köçürüləcək şəxslərin müayinələrinə davam ediləcək.
Qeyd edək ki, Ağalı kəndində ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) fəaliyyət göstərəcək.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?