“Zəngilandan çıxanda 11 yaşım var idi, indi ailəmlə qayıdıram”
Keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Belə ki, bu gün Abşeron rayonunun Masazır kəndindən 25 ailə olmaqla 123 nəfər doğma yurdlarına – Ağalı kəndinə yola salınıb. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir. Geri qayıdanlar Ağalını işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında püşkatma ilə aparılıb. Onu da qeyd edək ki, Ağalı kəndində 133 ailə, 649 nəfərin daimi məskunlaşdırılması nəzərdə tutulub. LƏMAN SALEHOVA FARİZ QULUYEV APA TV
DİGƏR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi