Zərbənin gücündən hər iki maşın yoldan çıxıb aşdı
İmişlidə yol nəqliyyat hadisəsi baş verib.Qəza nəticəsində iki nəfər yaralanıb.
Hadisə İmişliyə giriş yolunun Soltanmuradlı kəndi ərazisində qeydə alınıb. İmişli sakini, Qasımov İlham Salam oğlunun idarə etdiyi 30-BX-329 dövlət nömrə nişanlı “Dong Feng” markalı minik maşını və Cəbrayıl sakini, Əsədov Pərvin Şahsuvar oğlunun idarə etdiyi 77-EU-826 dövlət nömrə nişanlı “Toyota” markalı minik maşını toqquşub. Zərbənin gücündən hər iki avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub