Bank Of Baku

Zərdabda narkotik yetişdirən keçmiş məhkum yaxalandı

# 15:47
5 may 2020

Zərdabda keçmiş məhkum narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olduğu üçün yenidən saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Çallı kənd sakini Mətləb Əhmədov saxlanılıb.

 

Ona məxsus evin bağ sahəsinə baxış zamanı  çəkisi 2 kiloqram 325 qram olan 7 ədəd narkotik tərkibli, əkilib-becərilməsi qadağan olunmuş xaş-xaş kolu aşkar edilib.

 

Mətləb Əhmədov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.

 

Faktla bağlı cinayət işi başlanılıb istintaq tədbirləri davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR