Zərərçəkən oğruya təşəkkür etdi
Bakıda maşından qeyri-adi oğurluq olub. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Hadisə Günəşli qəsəbəsində baş verib. Naməlum şəxs “VAz-21014” markalı avtomobilin səsucaldıcılarını oğurlayıb. Bu zaman isə oğru maşının arxa şüşəsini səliqəli şəkildə çıxararaq yerə qoyub. Daha sonra öz əməlinə davam edib. Sosial şəbəkədə paylaşılan məlumatda avtomobil sahibinin oğruya şüşəni sındırmadığı üçün “təşəkkür etdiyi” qeyd olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu