Ziya Məmmədovun nəvəsi üçün xüsusi maşın yığıldı
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov oğlu Ziya üçün xüsusi maşın yığdırıb.
APA TV xəbər verir ki, bunu əks etdirən görüntüləri tanınmış türk iş adamı Erbakan Malkoç instaqramda paylaşıb.
Erbakan Malkoç qeyd edib ki, bu maşın Ziyanın öz seçimi ilə yığılıb. Uşaq maşını bəyəndiyini deyib.
Qeyd edək ki, Erbakan Malkoç “Mercedes Viano” markalı maşınları xüsusi şəkildə sifarişlə yığıb satan böyük firmanın rəhbəridir. Onun sifarişlərinə daha çox ərəb şeyxləri, milyarderlər maraq göstərirlər.
Anar Məmmədov sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə ilə evlidir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?