Zooparka girən tülkü görün nə qədər ziyan vurdu
Vaşinqton zooparkında baş verən hadisə təbiətsevənləri kədərləndirib.
APA TV Lent.az-a istinadə xəbər verir ki, gecə zooparkdakı qəfəsə girməyi bacaran tülkü 25 qırmızı qızılqazı məhv edib.
Hadisənin üstü səhər işçilər volyerləri yoxlayarkən üzə çıxıb. Məlum olub ki, 75 quşun 25-ni boğan tülkü volyerdən çıxa bilib. Qaçan tülkünü tutmaq mümkün olmayıb.
Zoopark rəhbəri bildirib ki, onların istifadə etdiyi müdafiə çəpərləri standartdır və ölkənin bütün zooparklarında istifadə edilir. İndiyədək heç bir ştatda belə bir hal qeydə alınmayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu