”Zülməti yaranlar” – YENİ KİTAB KİMLƏRDƏN BƏHS EDİR?

# 21:33
9 oktyabr 2021

“Zülməti yaranlar” kitabı oxuculara təqdim edilib.


APA TV-nin məlumatına görə, Bakı Ekspo Mərkəzində təqdim edilən kitabın müəllifi jurnalist, publisist Ramilə Qurbanlıdır: ”Kitab əslində sizə doğma olmalıdır. “Zülməti yaranlar” lent.az saytında, şəhid ziyalılar layihəsi haqqında silsilə yazılar idi. İndi biz bunu kitab formasına salanda adını da “Zülməti yaranlar” qoyduq. Çünki kitabda bəhs olunan insanlar, maarifçilərdir. Ötən əsrdən üzü bəri xalqı, milləti aydınlığa çıxaran insanlardan bəhs edir. Həm də o, insanların həyatı bir az qaranlıq olub, faciəvi olub”.


Müəllif deyir ki, hazırlanan zaman dəqiq mənbələrə istinad edildiyindən bu kitab, bədii ensklopedik kitablardan biridir. Kitabdakı məlumatların bir çox hissəsi Axundov adına Milli Kitabxananın arxivindən götürülüb. Oxucular bu kitab sayəsində, çox az tanınan tarixi şəxslərin Azərbaycan xalqı üçün böyük fədakarlıqlardan məlumatlı olacaqlar. Oxucular onlar haqqında heç yerdə oxumadıqları məlumatları bu kitabdan əldə edəcək.
 


Semral Cavad,

Xəqani Hüseynov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR