Cəhənnəm Günəş, yaxud da başqa ulduz ola bilərmi? Bu səsi eşidən hər kəs öləcək...
Cəhənnəm Günəş, yaxud da başqa ulduz ola bilərmi? Bu səsi eşidən hər kəs öləcək...
"Hesab günü önəmli və maraqlı olduğu qədər də çox ağır mövzudur. Hətta peyğəmbərimiz bu mövzudan bəhs edərkən həyəcanla danışardı. Bəlkə də ümməti üçün narahatçılıq keçirirdi". APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı, Milli Tolerantlıq Mərkəzinin direktoru Elmin Əliyev "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, Qiyamət İsrafil adlı mələyin suru üfürməsi ilə başlayacaq: "Surun 2 və ya 3 dəfə çalınması ilə bağlı rəvayətlər var. Sur birinci dəfə çalınanda, Yer üzündəki bütün insanlar, canlılar öləcək. İkinci dəfə Sur üfürüləndə isə ölmüş bütün insanlar diriləcək, qəbirlərdən qalxacaqlar. Haqq-hesab çəkilməsi üçün ölülərə ruhları geri veriləcək".
E.Əliyev qeyd etdi ki, sur alətin adıdır: " "Qurani-Kərim"də bu alət haqqında başqa bir məlumat yoxdur. Lakin hədislərdə müəyyən qədər bilgilər var. İnsanlar peyğəmbərimizdən sur haqqında soruşurdular. Hz. Məhəmməd isə suru buynuz, yaxud da boru şəklində təsvir edirdi. Hədislərə görə, bu alətin çox böyük ölçüsü var. Hətta bütün aləmlər içərisinə yerləşə bilər. İnsanlar qəbirlərdən qalxıb, toplu şəkildə Məhşərə toplanacaqlar. Hər kəs dəhşət və vahimə içində olacaq. Təsəvvür edin ki, bir zəlzələ baş verən zaman insanlar necə təlaş içində olur, başlarını itirirlər. Birdə bütün canlıların diriləcəyi anı, zəlzələdən qat-qat vahiməli hadisəni təsəvvür edin".
İlahiyyatçı dirilən insanlara yenidən bədən və ruh veriləcəyini də bildirdi:"Sorğu-sualın necə keçəcəyinə dair ətraflı məlumat yoxdur. Amma heç kəsə zərrə qədər ədalətsizlik olunmayacağı dəqiqdir. Bu barədə uca Allah "Qurani-Kərim"də də bildirir. Hər kəsə əməlinin tam qarşılığı veriləcək. Savabın qarşılığı mükafat, günahın qarşılığı isə cəza olacaq. Birinci və ikinci sur arasında müəyyən vaxt keçəcək. İkinci surla böyük məhkəmə günü arasında isə gözləmə müddəti olacaq. Bu müddət də günahkarlar üçün çox əzablı keçəcək. Sorğu-sualın başlanması üçün hər ümmət öz peyğəmbərinə müraciət edəcək. Peyğəmbərimiz məhkəmənin başlanmasını sürətləndirmək üçün şəfaətçi olacaq. Hədislərə görə, ilk dirilən Hz. Məhəmməd peyğəmbər olacaq".
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub