Yanğında ölən şəhid sayılırmı? Ölən uşaqların valideynləri ilə axirətdə görüşü, xilasedicilərin mükafatı...
"Nəfs "Qurani-Kərim"də bir neçə mənada işlədilir". APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Ceyhun Şükürov "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, ümumilikdə nəfs insanı xeyrə, yaxud da şərə sövq edən, daim pis əməllərə yönəldən səbəbdir: "Bilmək lazımdır ki, nəfs tərbiyə olunandır. İnsan hər zaman nəfsini nəzarətdə saxlamağa çalışmalıdır. Nəzarətdən çıxandan sonra nəfsi qorumaq mümkün deyil".
İlahiyyatçı qeyd edib ki, "Qurani-Kərim"də əsasən üç nəfsdən bəhs olunur: " Birincisi insanı haram və günahlara sövq edən nəfsdir. İkincisi yaxşılıq və pislik edən, amma etdiyi pisliyə görə özünü qınayan, peşman olan, günahlardan uzaqlaşmağa çalışan nəfsdir. Bu möminlərə xas nəfs hesab olunur. Uca Allah "Qiyamə" surəsinin ikinci ayəsində belə buyurur: " And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)". Rəbbimiz qınayan nəfsə and içir".
C.Şükürov üçüncü kateqoriyaya aid olan nəfsin razı qalan nəfs olduğunu bildirdi: " Bu ancaq günahlardan uzaq olan, Allahın əmrlərini yerinə yetirib, haram və qadağalardan çəkinən nəfsdir. "Fəcr" surəsində belə bildirilir: " Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!” Qiyamət gününədək saxlanılan nəfslər var. Ayədə bildirilən bu nəfs günah etmədən, Allahın razılığını qazanmış şəkildə, sorğu-sualsız Cənnətə daxil olacaqdır. Rəbbimiz belə nəfsə böyük mükafatı vəd edir. Allah hər müsəlmana belə bir nəfs nəsib etsin".
İlahiyyatçı əlavə edib ki, nəfs və şeytan ayrıdır: "Bir az öncə də qeyd etdiyimiz kimi nəfs tərbiyə olunandır. Bəzən nəfsə lənət oxuyanlar da olur. Bu doğru deyil. Bilmək lazımdır ki, nəfs nəzarətimizdən çıxdığı zaman düşmənimiz olur. Tərbiyə edildiyi müddətcə bizim dostumuzdur. Şeytan nəfslə insana təsir etməyə çalışır, təkəbbürlük yaradır. Bəzən insan xəta edir, amma günahını boynuna almaq istəmir. Özünə müxtəlif bəhanələrlə bəraət qazandırmağa çalışır. Çünki şeytani nəfsi ona vəsvəsə edir, pis əməli gözünə gözəl göstərir. Lakin hər kəs bilməlidir ki, etdiyi zərrə qədər də günah cəzasız qalmayacaq".
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Naxçıvandakı 300 İLLİK EVİN SİRRİ: Bu evdə ermənilər də yaşayıb
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
Asif Əsgərov TƏLTİF EDİLDİ
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Noyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb
“Qulağım eşidə-eşidə “bu nə əclaf adamdır!” dedilər” – Nurəddin Mehdixanlı
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyev Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşdü
İnsanları və heyvanları “udan” “QANLI DƏRƏ”DƏN REPORTAJ
Prezident Hanoyda abidə önünə əklil qoyub
Ölkəmizdə ilk: Dövlət-Biznes Əməkdaşlığı Forumu KEÇİRİLDİ
Prezident Sərəncam imzaladı
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 155 sakin yurda döndü
Yuxarı mərtəbələr qızmır? – Damüstü qazanxanalar ÇIXIŞ YOLU OLA BİLƏRMİ?
Lənkəranda Çin tutu - Bu ağacın meyvəsi hər kəsi təəccübləndirir
Çipsiyə aksiz, fermerə güzəşt, taksiyə 1%... - Vergi Məcəlləsində yeniliklər
Xocavənddə sevinc dolu gün: 48 ailəyə yeni evlərinin açarları verildi
“Danışmaq istəmirsən, danışma” – Səyyad Arandan həmkarlarına etiraz
Prezident Almaniyanın nümayəndə heyətini qəbul edib
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 333 sakin yurda döndü
17 Noyabr – Xalqın azadlıq səsinə çevrilən gün
“Kişmiş” restoranındakı yanğının TƏFƏRRÜATLARI
Qarşıdakı günlərdə bizi hansı hava şəraiti gözləyir?
Sabahın hava proqnozu açıqlandı
Köhnə təkərlərdən möcüzələr yaradan Ucarlı usta ABŞ-dan sifarişlər alır
I Türk Dövlətləri Endourologiya Konqresində nələr müzakirə edildi?