Ölənin ruhu başqa insanın bədənində qayıda bilərmi? Ruhlar evə gəlir? Məzardakı ölü ətrafdakı səsləri eşidirmi?
“ Allah “Qurani-Kərim”də belə buyurur ki, hər kəs ölümü dadacaqdır”. APA TV-nin məlumatına görə, ölümdən sonrakı həyat barədə ilahiyyatçı Aslan Həbibov "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, bu dünyaya gələn hər bir canlı bir gün öləcəkdir: “Allah Ölüm mələyini göndərərərk, insanın ruhunu alır və ruh gəldiyi yerə geri qayıdır. İslam inancına görə, ruh insandan öncə yaradılıb və ana bətnində bədən formalaşan zaman ruh ona üfürülür. “Qurani-Kərim”də bildirilir ki, biz ona ruhumuzdan üfürdük. Beləcə, insan dünyaya gəlir, yaşayır və ölən zaman ruhu alınır, geri qaytarırlır. Biz buna ruhlar aləmi deyirik. Qiyamət günü ruhlar təkrar qaytarılacaq və insan sorğu-sual ediləcəkdir”.
A.Həbibov qeyd edib ki, ruhla bağlı bəzi yanlış təsəvvürlər də var: “Dinlər tarixində reinkarnasiya anlayışı var. Bu inanca görə ruh başqa bir bədəndə təkrar qayıda bilər. İslam bu təsəvvürü qəbul etmir. Çünki dinimizə görə, hər bir insan öləndən sonra ruh yenidən qaytarılacaq və təkrar diriləcək. Belədirsə, diriləcəyi zaman ruh hansı bədənə dönəcək? Dinimizə görə, hər ruh bir bədən üçündür”.
İlahiyyatçı bəzi insanların Ölüm mələyinə bəd dua etməsinə də münasibət bildirib: “ Bəzən Əzrayıl əleyhissəlama bəd dua edir, haqqında kobud sölər işlədirlər. Bu doğru deyil. Ölüm mələyinin vəzifəsi can almaqdır, amma o özü buna qərar verməz. Allah hökm edir, mələk yerinə yetirir. Əzrayıl əleyhissəlamın canı alma səlahiyyəti yoxdur. O sadəcə Yaradanın əmrini icra edir. Odur ki, Ölüm mələyinə kobudluq edən Allaha qarşı çıxmış olur. Unutmaq olmaz ki, mələklər Allahın əmrində olan elçilərdir”.
A.Həbibov qəbir aləmi haqqında da məlumat verdi. O qeyd etdi ki, cəsəd dəfn olunan günün gecəsi ruh bədənə geri qaytarılır: “ Ruh geri dönür və insan qəbirdə sorğu-sual edilir. Ruhla birgə şüur da qayıdır. Çünki insanın şüuru üstündə olmalıdır ki, sualları cavablandıra bilsin. Dini qaynaqlara görə, qəbirdə “Rəbbin kimdir? Peyğəmbərin kimdir? Kitabın, dinin hansıdır?” kimi iman əsaslı suallar verilir. Dünyada sağ ikən bu sualları bilən və qəbul edən şəxslər məzarda sorğunu cavablandıra biləcəklər”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub