Qəbrin yerini dəyişmək olarmı? Kimlərin cəsədi məzarda çürümür?
“Xeyir əməllər sırf Allah üçün edilən bütün əməllərdir”. APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Ceyhun Şükürov "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, əməlin xeyirli olmasında əsas şərt niyyətdir: “Peyğəmbərimizdən rəvayət olunan hədisə əsasən əməllər niyyətlərə görədir. Yəni etdiyimiz əməlin dəyəri hansı niyyətdə olmağımızdan asılıdır. Əməl niyyətlə ölçülür”.
C.Şükürov əlavə etdi ki, niyyət əməli xeyirə, ibadətə çevirir: “Bəzi insanlar ibadət deyəndə yalnız orucu, namazı, zəkatı başa düşür. Amma islam alimlərinin qeydinə görə, ibadət Allah üçün edilən bütün fel və sözlərin məcmusudur. İbadətin qəbul olunması üçün tələb olunan əsas şərt niyyətdir. Niyyət Allaha görədirsə, artıq xeyir əməl sayılacaqdır. Əməlin mahiyyətindən, kiçikliyindən, böyüklüyündən asılı olmayaraq, önəmli olan niyyətidr. Çünki Allah “Qurani-Kərim”də buyurur ki, istər kişi, istərsə də qadın olsun, kim Allaha iman gətirir və saleh əməl görərsə, biz onun üçün xoş bir güzaran və həyat bəxş edəcəyik”.
İlahiyyatçı qeyd etdi ki, niyyətin dərəcəsindən asılı olaraq, insanın qazandığı savab dəyişir: “ Biri insanlara mane olmaması üçün yoldan daşı götürür, digəri isə böyük məbləğdə pul sədəqə verir. Hər ikisi də xeyir əməldir. Bəs hansının savabı daha çoxdur? Hansının niyyəti daha üstündürsə, onun. Əgər daşı götürən sırf Allah rizası üçün bunu edibsə, başqa niyyətlə sədəqə verəndən daha çox savab qazanır. Bir sözlə, xeyir əməllərin savabı niyyətə görə ölçülür. Allah müsəlmanlara xeyir işlərdə yarışmağı buyurur”.
C.Şükürov xeyir əməllə bağlı peyğəmbərdən rəvayət olunan başqa bir hədisi də qeyd etdi: “ Hədisə görə, kim xeyir işə istiqamət verərsə, o xeyir işi görmüş kimi savab qazanır. Xeyir işlər çoxdur. Onlardan biri də sədəqədir. Hətta dünyadan köçən yaxınlarımız üçün də sədəqə verə bilərik”.
İlahiyyatçı “Qurani-Kərim”in “Bəqərə” surəsinin 216-cı ayəsini də izah etdi: “ Ayədə belə buyrulur: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz”. Allahın bildirdiyi xeyir və şər var. Birdə insanların müəyyən etdiyi xeyir və şər. İnsanlar xeyir və şərdə yanıla bilərlər. Bəzən başımıza bir hadisə gəlir. Biz bunun şər olduğunu qəbul edirik. Halbuki, bilmədiyimiz xeyir var”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub