Hansı əməl islamda ən yüksək səxavət sayılır və mükafatı Cənnətdir?
Allah kimlərdən və kimə qarşı səxavətli olmağı buyurur?
"Səxavətli olmaq insanda ən gözəl xüsusiyyətlərdən biri sayılır və bununla bağlı islam mənbələrində məlumatlar var". APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Hacı Samir Ağayev "Yaşıl orta" verilişində deyib. O bildirib ki, "Qurani-Kərim"ə görə, səxavət hətta imanın şərtlərindən biridir: " "Bəqərə" surəsinin üçüncü ayəsində uca Allah belə buyurur: "O kəslər ki, qeybə inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər". Ayədən də göründüyü kimi Allah müsəlmanlardan səxavətli olmağı, paylaşmağı istəyir. Comərdlik imanın şərtlərindən biri olmaqla yanaşı, həm də imanın kamilliyinə dəlalət edən bir xüsusiyyətdir".
S.Ağayev əlavə edib ki, səxavətli olmaq insanı mənəvi cəhətdən dirçəldir və cəmiyyətdə insanlar arasındakı münasibəti tənzimləyir: " Müsəlman Allahın ona verdiyi nemətləri ətrafındakı insanlarla paylaşmalıdır. Malından, elmindən ehtiyacı olan adamlara sərf etməlidir. Çünki səxavətin arxasında böyük bir dəyər dayanır. bu dəyər Allaha iman etməkdir. Məhz iman insanı comərd olmağa vadar edir".
Verilişdə iştirak edən digər ilahiyyatçı Məhəmməd Nicat da islamda səxavətə böyük önəm verildiyini bildirdi: "Səxavətli olmağın bir çox fəziləti var. Comərdlik islamda çox bəyənilən və ən gözəl xüsusiyyətlərdən biridir. Təəssüf ki, bu gün səxavət deyiləndə daha çox maddiyyat, pul yada düşür. Ehsandan söhbət düşdüyü zaman ancaq yas mərasimlərindəki yemək süfrəsini xatırlayırlar. Halbuki, ehsan yaxşılıq deməkdir və biz başqa sahələrdə də comərd davrana bilərik. Məsələn, birinə mənəvi, fiziki cəhətdən də dəstək olmaq mümkündür".
M.Nicat mövzu ilə bağlı İmam Sadiqdən (əleyhissəlam) rəvayət olunan hədis də danışıb: " Bir kasıb İmam Sadiq əleyhissəlama deyir ki, mən kiməsə əl tutmaq istəyirəm, amma imkanım yoxdur. İmam soruşur ki, elmin var? Müsbət cavab alınca isə deyir: "O zaman elminlə yaxşılıq et". Yəni müsəlman səxavətli olmaq üçün varlı olacağı günü gözləməməlidir. Kimin imkanı nəyə çatırsa, ətrafındakı insanlara yaxşılıq etsin, səxavətlə davransın. Çünki bu əməlin Allah qatında mükafatı var".
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub