Müsəlman Yeni ili qeyd edə, yolka bəzəyə bilərmi? Hansı Yeni il ənənəsi haramdır?
Yeni il ilə bağlı batil inanclar, doğru bildiyimiz yalanlar...
"Yeni il yaxınlaşdıqca, insanlarımızı bir sual da düşündürür: Müsəlman Yeni ili bayram kimi qeyd edə bilərmi? Cavab vermək üçün islam mənbələrinə nəzər salmalıyıq. Öncə bu suala aydınlıq gətirək: Məgər dinimiz qeyri-islami ənənələrə və bayramlara qarşıdırmı? Bəzi insanların fikrincə, müsəlman yalnız islam bayramlarını qeyd edə bilər. Bu düşüncədə olan dindarlar cəmiyyətlə bağlı hər məsələyə dini rəng qatmağa çalışırlar. Halbuki əslində belə deyil. Dinimiz qeyri-islami ənənələri və bayramları qadağan etmir. Bunun üçün diqqət etməli olduğumuz məqamlar var". APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Rövşən Abdullaoğlu "Yaşıl orta" verilişində deyib. O bildirib ki, islam bayramları 2 yerə ayırır: " Dinimizin məqbul saydığı və saymadığı ənənələr var. Hədislərə və dini mətnlərə görə, özündə mənfi elementləri əks etdirən və qeyri-islami dinlərə aid olan bayramlar qadağandır. Lakin digər dinlərin fundamental atributlarını əks etdirməyən, cəmiyyətə xoş və faydalı mesajlar verən bayramlar məqbuldur. Bu baxımdan da müsəlman Yeni il bayram kimi keçirə bilər. ".
R.Abdullaoğlunun fikrincə, cəmiyyət olaraq, Yeni ili dini bayram kimi qeyd etmirik: " Əksəriyyət 31 Dekabrı ilin yenilənməsi münasibəti ilə bayram keçirir. Bildiyiniz kimi müxtəlif təqvimlər var. Biz ölkə olaraq, Qriqori təqviminə əsaslanır, meyar kimi götürmüşük. Bu təqvimə görə də yanvarın 1-i yeni il başlayır. Təqvim dəyişdiyi üçün 31 dekabrı bayram kimi qeyd edirik. Odur ki, Yeni ilə dini mahiyyət verməyin tərəfdarı deyiləm".
İlahiyyatçı əlavə etdi ki, bəziləri Miladla Yeni il bayramını qarışıq salırlar: " Bunlar fərqli bayramlardır. Onu da qeyd edək ki, müsəlman hətta İsa Məsihin dünyaya gəlişini də bayram kimi qeyd edə bilər. Çünki İsa Məsih islamın qəbul etdiyi peyğəmbərdir. Dinimizə görə müsəlman 124 min peyğəmbəri qəbul etməlidir. Əks halda dindən çıxmış hesab olunar. Bu baxımdan İsa Məsihin doğuluşunu müsəlman bayram edə bilər. Lakin bir məqam da var. Bu gün xristian aləminin İsa peyğəmbərə yanaşmasında təhrif var. Onu Allahın yerdəki təcəllisi kimi qəbul edirlər. İslam belə bir düşüncənin əleyhinədir. Yəni bu cür yanaşmaya əsaslanıb bayram etmək olmaz. Amma bir az söylədiyim kimi sadəcə bir peyğəmbər kimi dünyaya gəlişini qeyd etməkdə heç bir irad yoxdur".
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub