Müsəlman ateist ilə dost ola bilərmi? Namaz qılmayan kafir sayılırmı?
Müsəlman valideyn kafir övladına görə Allah qatında məsuliyyət daşıyırmı?
“İslamda küfrün 2 növü var: böyük və kiçik küfür. Böyük küfür insanı islam ümmətindən çıxaran küfürdür. Kiçik küfür isə müsəlmanı islamdan çıxarmaz, amma böyük günahlara səbəb olar”. APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Ceyhun Şükürov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, böyük küfür etiqadi baxımdan, kiçik küfür isə əməli baxımdan edilən küfürdür: “ Böyük küfür edən şəxs kafir sayılır. İslam hüququna görə kafir olan və kafir kimi də bu dünyadan köçən insanın cəzası Cəhənnəmdir və orada əbədi qalacaq. Kiçik küfrü edən şəxslər isə kafir sayılmır. Lakin bu onları Cəhənnəm atəşindən xilas etmir. Kiçik küfür edərək böyük günah qazanan müsəlmanlar bir müddət Cəhənnəmdə cəza çəkəndən sonra Allah onları Cəhənnəmdən çıxaracaq”.
C.Şükürov qeyd etdi ki, peyğəmbəri yalan saymaq, axirəti, “Qurani-Kərim” ayələrini inkar etmək kimi ağır günahlar böyük küfrə daxildir: “ Bəzən sual verirlər ki, namaz qılmayan, yaxud da namazı tərk edən kafir sayılırmı? Öncə onu qeyd edək ki, kəlmeyi-şəhadəti qəbul edən hər kəs müsəlmandır. Əgər bir insan namaz qılmırsa, amma ibadətin vacibliyini də inkar etmirsə, bu onu islamdan çıxarmaz. Yəni inkar etməyincə, kafir sayılmaz. Kimsə namazın vacibliyini inkar edərsə, böyük küfür etmiş olar. Namaz qılmamaq kiçik küfürdür. Amma bu ibadət etməyənləri Cəhənnəm odundan xilas etməyəcək. Peyğəmbər Cəhənnəmdə olan insanlardan soruşacaq ki, sizi Cəhənnəmə salan nədir? Cavab verəcəklər ki, biz namaz qılanlardan deyildik. Yəni namaz qılmayan kafir olmasa da, böyük günah qazanmış olur”.
İlahiyyatçı yalnız Allahı qəbul edən, dinləri, peyğəmbərləri, kitabları inkar edən şəxslər haqqında da danışdı: “Bu cür insanlar barəsində hökm vermədən öncə onların yaşadığı cəmiyyəti və şəraiti öyrənmək önəmlidir. Məsələn, Azərbaycan 70 il ateist rejimdə yaşamış toplumdur. Uzun illər dindən, dini maariflənmədən uzaq düşmüş biri peyğəmbəri, dini inkar edə bilər.Çünki ona gerçək din çatdırılmayıb, məlumatsızdır. Bu düşüncədə olan insanları kafir adlandırmağa tələsməyək. Öncə onları islama dəvət etməli, dini gözəl və düzgün şəkildə çatdırmalıyıq. Həqiqətləri öyrəndiyi halda yenə də inkar edən şəxs artıq kafirdir”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Naxçıvandakı 300 İLLİK EVİN SİRRİ: Bu evdə ermənilər də yaşayıb
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
Asif Əsgərov TƏLTİF EDİLDİ
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Noyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb
“Qulağım eşidə-eşidə “bu nə əclaf adamdır!” dedilər” – Nurəddin Mehdixanlı
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyev Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşdü
İnsanları və heyvanları “udan” “QANLI DƏRƏ”DƏN REPORTAJ
Prezident Hanoyda abidə önünə əklil qoyub
Ölkəmizdə ilk: Dövlət-Biznes Əməkdaşlığı Forumu KEÇİRİLDİ
Prezident Sərəncam imzaladı
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 155 sakin yurda döndü
Yuxarı mərtəbələr qızmır? – Damüstü qazanxanalar ÇIXIŞ YOLU OLA BİLƏRMİ?
Lənkəranda Çin tutu - Bu ağacın meyvəsi hər kəsi təəccübləndirir
Çipsiyə aksiz, fermerə güzəşt, taksiyə 1%... - Vergi Məcəlləsində yeniliklər
Xocavənddə sevinc dolu gün: 48 ailəyə yeni evlərinin açarları verildi
“Danışmaq istəmirsən, danışma” – Səyyad Arandan həmkarlarına etiraz
Prezident Almaniyanın nümayəndə heyətini qəbul edib
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 333 sakin yurda döndü
17 Noyabr – Xalqın azadlıq səsinə çevrilən gün
“Kişmiş” restoranındakı yanğının TƏFƏRRÜATLARI
Qarşıdakı günlərdə bizi hansı hava şəraiti gözləyir?
Sabahın hava proqnozu açıqlandı
Köhnə təkərlərdən möcüzələr yaradan Ucarlı usta ABŞ-dan sifarişlər alır
I Türk Dövlətləri Endourologiya Konqresində nələr müzakirə edildi?