Allah kimləri lənətləyir? Cadu ilə kimisə lənətləmək olarmı? Cadu varmı?
İnsan “lənət olsun” deyə bilərmi?
“ “Lənət” ərəb sözüdür. Dilimizə tərcümədə məhrum olmaq, qovulmaq kimi mənaları verir”. APA TV-nin məlumatına görə, bunu Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, lənəti iki mənada izah etmək olar: “Bir Allahın lənəti var, bir də insanların. Bunlar fərqli mənaları kəsb edir. Öncə Allahın lənətinə aydınlıq gətirək. Allahın lənət etməsi bildiyimiz bəd dua deyil, bu Allahın mərhəmətindən uzaq olmaq mənasını ifadə edir. Məsələn, “Bəqərə” surəsinin 161-ci ayəsində belə buyrulur: “Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!” Bu o deməkdir ki, yəni kafirlər Allahın mərhəmətindən uzaqdırlar”.
A.Şirinov qeyd etdi ki, Allah “Qurani-Kərim”də bir qisim insanları əməllərinə görə lənətləyir: “Bunlar hansı əməllərdir? Allahın əmrlərini pozan, Yer üzündə fitnə-fəsad törədən, qul haqqı kimi qəbul etdiyimiz insan haqlarını tapdalayan və s. kimi əməlləri edən kəslər lənətlənir. Əgər bu günahkarlar dünyada ikən tövbə etməzlərsə, bağışlanmayacaqlar. Lakin islam mərhəmət dinidir. Dinimizə görə, etdiyi əməldən peşman olan hər kəsə tövbə qapısı açıqdır. Günahın dərəcəsindən asılı olmayaraq, hər kəs tövbə edə bilər”.
İlahiyyatçının sözlərinə görə, hətta islamda ən ağır günahlardan sayılan şirkin də töbvəsi var: “ Yetər ki, qul səmimi olaraq peşman olsun və haqq yoluna dönsün. Mövlana Cəlaləddin Ruminin məşhur bir sözü var: “Min dəfə tövbəni pozsan, yenə gəl”. Müsəlman dəfələrlə tövbə edə bilər. Allah mərhəmətlilərin ən mərhəmətlisidir. “Qurani Kərim”də “Tövbə” surəsi istisna olmaqla, qalan bütün surələr Allahın iki mərhəmət atrubutu- rəhman və rəhim adları ilə başlayır. Başqa ayələrdə isə Allah bildirir ki, mənim rəhmətimdən ümidinizi kəsməyin”.
A.Şirinov əlavə etdi ki, Allahın lənətlədiyi kəslərə insanlar lənət deyə bilməz: “ Bu Allahın sözüdür. Biz hər qarşımıza çıxana lənət oxumamalıyıq. Ümumiyyətlə, islamda insanın lənət deməsi tövsiyyə olunmur. Peyğəmbərimizdən rəvayət olunan bir hədisdə belə buyrulur: “ Mömin çox lənət edən olmaz”. Bu ədəb baxımından da doğru sayılmır”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub