Allaha and içmək olarmı? Rəbbə iftira atan kimlərdir?
Böhtan atan hansı cinayətkarla eyni günahı daşıyır?
Allah iftira atanları bağışlayırmı?
“İslamın böhtana münasibətini öyrənməzdən öncə dinimizin iftiraya verdiyi tərifə baxaq. İslama görə nə böhtan sayılır? Yalan yerə istinad vermək, bir insana aid olmayan xüsusiyyəti ona şamil etmək, yalan danışmaq, yalançı şahidlik etmək kimi mənfi hallar böhtan sayılır”. APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Qadir Səfərov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, böhtanla bağlı “Qurani-Kərim”də və peyğəmbərimizdən rəvayət olunan hədislərdə ətraflı məlumat var: “ Peyğəmbərimizdən qeybət haqqında soruşurlar. Allah rəsulu bildirir ki, din qardaşın haqqında mənfi xüsusiyyəti bir başqasına danışmaq qeybətdir. Hətta bu mənfi xüsusiyyət onda olsa belə. İnsan barəsində olmayanı danışmaq isə böhtandır”.
Q.Səfərov qeyd etdi ki, böhtanla bağlı “Qurani-Kərim”də 59 yerdə bəhs olunub: “Müqəddəs kitabımızda 59 ayədə iftira haqqında danışılır. Bunlar müxtəlif mövzularda olan böhtanlardır. Məsələn, iffətli qadına zina iftirası atmaq, Allaha böhtan atmaq, ayələri inkar etmək, Allahın adından yalan danışmaq və s. Unutmamalıyıq ki, islam əxlaq məsələlərində kəskin mövqe ortaya qoyur. Böhtan cəmiyyətin mənəvi halını sarsıdan, insanlar arasında ictimai münasibətləri korlayan bir günahdır”.
İlahiyyatçının sözlərinə görə, böhtan atılan zaman hər iki tərəf də zərər çəkir: “ Böhtan özü ayrılıqda bir günahdır və böyük günahlara daxildir. Birisi iftira atırsa, bu zaman ikiqat günah etmiş olur. Yəni böhtanın bir təsiri qarşı tərəfədirsə, ikinci təsiri böhtan atan şəxsə yönəlir. Nəticə etibarı ilə həm böhtana məruz qalan, həm də iftira atan zərər çəkmiş olur. İslamın böhtan haqqında mövqeyi birmənalıdır. Peyğəmbərimiz hətta zarafatla belə iftira atmağa icazə verməzdi. Allah rəsulu buyururdu ki, müsəlmanın vəzifəsi doğrunu danışmaqdır. İslama görə, insanların qurtuluşu doğruluqdadır”.
Q.Səfərov bildirdi ki, böhtanın da tövbəsi var: “Əgər insan birinə iftira atıb, sonra peşman olursa, həm böhtana məruz qoyduğu şəxsdən halallıq almalı,həm də Allaha tövbə etməlidir. Böhtan da qul haqqının pozulmasıdır, odur ki, şəxsdən halallıq almaq çox önəmlidir”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub