İslamda ölüyə ehsan vermək qadağandır? Ehsan haqqında doğru bildiyimiz yanlışlar...
Pul xərcləmədən necə ehsan vermək olar? Bilmədiyimiz ehsanlar nələrdir? Ölən üçün süfrə ehsanı verməmək olarmı?
“Ehsan dinin bütün ayinlərinə sirayət edən islamın ana təməlidir. Ərəb sözü olub, dilimizə tərcümədə gözəllik, yaxşılıq etmək kimi mənaları verir. Dinimizə görə hər məsələdə, o cümlədən ibadətlərimizdə, namazın özündə belə bir ehsan “qida”sı olmalıdır”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Hacı Fuad Pənahlı "Yaşıl orta" verilişində deyib. O bildirib ki, cəmiyyətimizdə ehsan haqqında çox az məlumat var: “Adətən ehsan deyiləndə yas mərasimlərində verilən yeməklər yada düşür. Əslində isə bu mövzu kifayət qədər genişdir. Öncə onu qeyd etməliyik ki, ehsan yalnız yeməklə məhdudlaşmır, hər bir şeyi ehsan etmək mümkündür. Elmin, sənətin, hətta bir kəlmə xoş sözün də ehsan savabı var. Kiməsə sözlə mənəvi, psixoloji dəstək oluruqsa, deməli sözümüzlə yaxşılıq etmiş oluruq. Bu da bir ehsandır. Odur ki, pul xərcləmədən, süfrə açmadan da ehsan savabı qazana bilərik. Bunun üçün gündəlik həyatımızda qarşımıza çıxan çox fürsətlər olur”.
F.Pənalı qeyd edib ki, əslində ehsanların ən sadəsi yeməkdir: “Bu ən bəsit ehsandır. Kiməsə zərrə qədər xeyir verən bir kəlmə xoş söz süfrəyə düzülən təamlardan daha üstündür. Unutmayaq ki, ehsan həm də gözəllikləri, yaxşılıqları əks etdirməkdir. Din insana daim ehsan ruhiyyəsində olmağı tövsiyyə edir. İslama görə, insana axirətdə ehsandan, yəni gözəlliklərdən başqa heç nə qalmayacaq. Odur ki, fürsət düşdükcə daha çox xeyir əməllərə can atmalıyıq. Bu dünyada ehsandan uzaq qalmağa dəyməz”.
İlahiyyatçının bildirdiyinə görə, hətta salamlaşmada da ehsan savabı var: “Ehsan yalnız cibində pul olan, süfrə açmağa imkanı çatan müsəlmanların ibadəti deyil. Birinə məsləhət vermək, nəsihət etmək, doğru yol göstərmək də ehsandır. Müsəlman kimsəyə zərər verməyən, bacardığı qədər ətrafındakı insanlara yaxşılıq edən kəsdir. Bu əsl peyğəmbər əxlaqıdır. “Qurani-Kərim”in bizdən istədiyi müsəlman nümunəsidir”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub