Alın yazısı varmı, taleyi dəyişmək, ömrü uzatmaq olar?
“Alın yazısı ilə bağlı ənənəvi təsəvvür doğru deyil və islam bu mənada alın yazısının varlığını qəbul etmir”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Hacı Şahin Həsənli "Yaşıl orta" verilişində deyib. O bildirib ki, insan üçün öncədən müəyyən olunmuş həyat yolu yoxdur: “ Əks halda iradə azadlığının, imtahanın, peyğəmbərlərin göndərilməsinin mənası qalmazdı. İnsan öz taleyini əməlləri əsasında formalaşdırır. Əməllərimizlə taleyimizi dəyişə bilirik. Bu baxımdan insanların başa düşdüyü anlamda alın yazısı yoxdur. Bəziləri elə zənn edir ki, insanın həyatı öz əlində deyil, ona əvvəlcədən yol müəyyən edilib və o çərçivədən kənara çıxmır. Bu insanı passiv və zəif qəbul etməkdir. Uca Allah “Qurani-Kərim”də buyurur ki, biz insana doğru yolu göstərdik, istər şükür etsin, istər nankor olsun”.
Hacı Şahin Həsənli qeyd edib ki, Allah hər şeyi bilir, amma onun elminin əməlimizə təsiri yoxdur: “İnsan öz əməlinə görə məsuliyyət daşıyır. Yaşadığımız çətinliklər, sıxıntılar alın yazısı deyil, əməllərimizin nəticəsidir. Çətinliklərə də doğru yanaşmaq lazımdır. Əgər Allah bir sıxıntı göndərirsə, deməli haradasa boşluğumuz var”.
İlahiyyatçının sözlərinə görə, əməllərimizin ömrümüzə də təsiri var: “Savab əməllər ömrümüzün uzanmasına səbəb olur. Ömrün uzanıb, qısalması belə insanların əməlləri nəticəsindədir. Günah ölümü tezləşdirir. Ayədə buyrulub ki, başınıza gələn bütün işlər öz əməllərinizin nəticəsidir. Alın yazısının varlığını qəbul etmək müsəlmanları passivliyə aparır. Bu islam dünyasının tənəzzül səbəblərindən biri kimi də qəbul edilə bilər. Bir xalqa desən ki, alın yazısına məhkumsan, o xalqın inkişafından söhbət gedə bilməz. İslam buyurur ki, insan nə əldə edirsə, çalışması nəticəsində nail olur”.
Ş.Həsənli cinayət və intihar hallarının da alın yazısı olmadığını bildirib: “Bu insanın iradəsinin nəticəsidir. Dinimizə görə insanın özünü öldürməsi əbədi əzabla nəticələnəcək. İnsan Allaha inanırsa, ən sıxıntılı anlarında belə Yaradandan ümidsiz olmamalıdır. İntihar da, cinayət də Allahın yazısı ola bilməz".
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub