Ramazanda intim münasibətlər: öpüşmək,qucaqlamaq orucu pozurmu?
Saqqız çeynəmək, diş fırçalamaq, yatmaq orucu pozurmu? Hamilə, süd verən qadın, şəkər və təzyiq xəstələri oruc tutmaya bilərmi? Təyəmmüm nədir? Hacı Sahib Məmmədov təyəmmümün qaydasını və şəklini əyani göstərir...
“Cənnətin yolu isti havalarda oruc tutmaqdan keçir. Ona görə də isti yay günlərində oruc tutmaq cihada bərabərdir”.
APA TV-nin məlumatına görə, bunu “Corat” məscidinin axundu, ilahiyyatçı Hacı Sahib Məmmədov “Yaşıl orta” verilişində deyib. Oruc ibadətinin müzakirə olunduğu verilişdə digər ilahiyyatçı Fərid Abdulla da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. S. Məmmədov bildirib ki, oruc ibadəti hər bir müsəlman üçün vacibdir: “Amma istisna hallar da var. Məsələn, xəstə adam oruc tutmaqdan azaddır, Ramazanda bu ibadəti yerinə yetirməyə bilər. Lakin sağalan kimi, yəni maneə aradan qalxdıqdan sonra qəzasını tutmalıdır. O cümlədən də süd verən qadınları qeyd edə bilərik. Əgər qadının oruc tutması südün azalmasına, uşağın ac qalmasına səbəb olacaqsa, ana oruc tutmaya bilər. Bu üzrlü səbəb sayılır. Amma bu üzr ortadan qalxan kimi qadın tutmadığı orucların qəzasını tutmalıdır. Məsələn, iki ildən sonra tutmadığı günlərin sayı qədər qəza oruucu tutacaq”.
Orucu pozan hallar barədə ətraflı məlumat verən S.Məmmədov qeyd edib ki, saqqız çeynəmək bu ibadəti batil edir: “ Yatmaq isə orucu pozmur. Hətta oruc tutan müsəlmanın yatması ibadət sayılır. Şəkər və təzyiq xəstələrinə gəlincə isə, bunun üçün mütəxəssis rəyi olmalıdır. Əgər həkim desə ki, oruc xəstəliyi şiddətləndirə bilər, xəstəyə oruc tutmaq zərərdir, o zaman oruc tutmaya bilər. Bunu isə ancaq mütəxəssis təyin etməlidir. Xəstənin özü deyil, müraciət etdiyi həkim qərar verməlidir. Sağalandan sonra növbəti Ramazan ayına qədər orucun günləri qədər qəzaları tutacaqlar. Əgər sağalmaz xəstəlikdirsə, kəffarə verəcəkdir”.
Digər ilahiyyatçı Fərid Abdulla bildirib ki, oruc halında diş fırçalamağın heç bir maneəsi yoxdur: “ Diş pastası və su boğazdan keçmirsə, dişi fırçalamaq olar. Eləcə də öpmək orucu pozmaz. Ramazanda intim münasibətlər qadağan deyil. İftardan sübh azanınadək müəlmanlar sərbəstdirlər. Amma əgər yaxınlıq olubsa, qüsul almaq vacibdir. Qüsulsuz oruc tutmaq olmaz. Əgər yuyunmaq üçün su yoxdursa, təyəmmüm də almaq olar”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub