Saç boyamaq, diş çəkdirmək, dənizdə üzmək, bədəndən qan çıxması orucu pozurmu?
İlahiyyatçı: "Çimərlik haramdı, kökündə cəhənnəm atəşi var!"
“Artıq Ramazan ayını yarılamışıq. Bu günədək oruc tutmayan müsəlmanlar üçün gec deyil, elə sabahdan bu ibadətə başlaya bilərlər. Ziyanın yarısından dönmək də xeyirdir”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Hacı Fuad Pənahlı “Yaşıl orta” verilişində deyib. Oruc ibadətinin müzakirə olunduğu verilişdə digər ilahiyyatçı Hacı Samir Əzizov da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. F. Pənahlı bildirib ki, arzusunda olan insanlar qəlblərini nigaran saxlamayıb, oruclarını tutsunlar: “ Tutmadıqları oruc üçün isə tövbə etsinlər. Allah özü buyurur ki, saf və səmimi tövbəni qəbul edəcəyəm. Müsəlman mənəvi inkişafa, saflaşmağa da can atmalı, eqosuna qalıb gəlməyi bacarmalıdır. Nə qədər ki, “mən”lə “O” arasında müharibə gedir və sən “mən” tərəfdə dayanmısansa, deməli “O”nun mərhəmətinə də yaxın ola bilməyəcəksən. Odur ki, daxilən təmizlənmə çox önəmlidir. Saflaşma və Rəbbə təslimiyyət”.
İlahiyyatçı qeyd edib ki, dənizə baş vurmaq orucu batil edən hallara daxildir: “Əgər tam bədən deyil, boğazdan aşağı hissə suya batacaqsa, dənizdə çimmək olar. Amma bir məqamı qeyd edək ki, müsəlmana həm Ramazanda, həm də digər aylarda naməhrəmlərin olduğu çimərliyə getmək haramdır. Bu cür çimərliyin kökündə cəhənnəm atəşi dayanır. Kişi yalnız kişilərin, qadın isə yalnız qadınların olduğu çimərliyə gedə bilər. Hətta bu halda belə abırı, isməti aradan aparmayacaq geyimdə olmalıdır”.
F.Pənahlı bildirib ki, bədəndən qanın çıxması orucu batil etmir: “ Qan vermək bir şərtlə orucu batil etmir. Əgər müsəlman qan verəndən sonra halsızlaşıb, səhhəti pisləşməyəcəksə, orucu açmaq məcburiyyətində qalmayacaqsa, qan verə bilər. Əks halda bu işi iftardan sonraya saxlamaq lazımdır”.
Digər ilahiyyatçı Hacı Samir Əzizov da mövzu ilə bağlı tamaşaçı suallarını cavablandırıb. İlahiyyatçı Ramazanda diş çəkdirmək məsələsinə aydınlıq gətirib: “Əgər diş çəkdirərkən, yaxud da müalicə alarkən ağız boşluğuna qan, su, dərman, yaxud da başqa bir maye getməyəcəksə, oruc halında diş həkimə müraciət etmək olar”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub