Övlad qatili valideynlər, diri-diri doğranan qızlar, quyuya atılan körpə...
Ərəblər niyə qız övladlarını diri-diri basdırırdılar? Abort insan öldürməklə eyni günahdı? İslam hansı halda aborta icazə verir?
“Qədimdə bəzi ərəblər qız uşağının doğulmasını özlərə qarşı namussuzluq kimi qəbul edir, ar bilirdilər. Bunun başqa səbəbləri də vardı. Ənənəyə görə ailənin ilk qız övladı diri-diri torpağa basdırılırdı”.
Bunu ilahiyyatçı Samir Əzizov “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, islam qadına münasibəti dəyişdi: “Dinimiz qadına da hüquqlar verdi. “Qurani-Kərim”də “Nisa” adlı surə var. Bu surədə qadın haqlarından bəhs olunur. Həmçinin Allah rəsulunun qızlarına, xüsusən də xanım Zəhraya olan gözəl münasibəti çevrə üçün nümunə idi. Həzrəti Fatimə otağa daxil olanda peyğəmbər ayağa qalxar, onu əlindən tutub öz yerində əyləşdirərdi.Bu o dövr üçün qadına qarşı qeyri-adi davranış idi. Bununla Allah rəsulu qıza böyük dəyər verdiyini ifadə edirdi”.
S.Əzizov qeyd edib ki, günümüzdə də bəzi valideynlər qız övladından imtina edir: “Abort insan öldürməklə eyni günahdır. Bu qərarı verən ata-ana, həmçinin həkim və digər vasitəçilər də günah qazanır. Lakin əgər hamiləlik ana üçün həyati təhlükə yaradırsa, yalnız bu halda aborta icazə var. Bəzən ana belə bir addım atmaq istəmir, onu buna həyat yoldaşı məcbur edir. Belə olan halda qadın günahdan qaçmaq üçün mübarizə aparmalı, ərini ikna etməyə çalışmalıdır. Yox əgər heç cür qarşısını ala bilmirsə, o zaman məsuliyyəti həyat yoldaşı daşıyır”.
İlahiyyatçı cəmiyyətimizdə hələ də oğul övladına üstünlük verilməsindən də bəhs edib: “Bunun bəzi səbəbləri var. Biri də nəslin davamıdır. İnsanlar nəslinin davam etməsi üçün oğul arzulayırlar. Amma unudurlar ki, Allah rəsulunun nəsli qızı xanım Zəhra ilə davam etdi. Rəbbimizdən hər zaman xeyirli övlad diləmək lazımdır. Ən doğrusu budur. Digər tərəfdən oğul övladına üstünlük verilməsi cəmiyyətdə balansı pozur. Bunu da nəzərə almaq önəmlidir”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Naxçıvandakı 300 İLLİK EVİN SİRRİ: Bu evdə ermənilər də yaşayıb
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
Asif Əsgərov TƏLTİF EDİLDİ
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Noyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb
“Qulağım eşidə-eşidə “bu nə əclaf adamdır!” dedilər” – Nurəddin Mehdixanlı
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyev Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşdü
İnsanları və heyvanları “udan” “QANLI DƏRƏ”DƏN REPORTAJ
Prezident Hanoyda abidə önünə əklil qoyub
Ölkəmizdə ilk: Dövlət-Biznes Əməkdaşlığı Forumu KEÇİRİLDİ
Prezident Sərəncam imzaladı
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 155 sakin yurda döndü
Yuxarı mərtəbələr qızmır? – Damüstü qazanxanalar ÇIXIŞ YOLU OLA BİLƏRMİ?
Lənkəranda Çin tutu - Bu ağacın meyvəsi hər kəsi təəccübləndirir
Çipsiyə aksiz, fermerə güzəşt, taksiyə 1%... - Vergi Məcəlləsində yeniliklər
Xocavənddə sevinc dolu gün: 48 ailəyə yeni evlərinin açarları verildi
“Danışmaq istəmirsən, danışma” – Səyyad Arandan həmkarlarına etiraz
Prezident Almaniyanın nümayəndə heyətini qəbul edib
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 333 sakin yurda döndü
17 Noyabr – Xalqın azadlıq səsinə çevrilən gün
“Kişmiş” restoranındakı yanğının TƏFƏRRÜATLARI
Qarşıdakı günlərdə bizi hansı hava şəraiti gözləyir?
Sabahın hava proqnozu açıqlandı
Köhnə təkərlərdən möcüzələr yaradan Ucarlı usta ABŞ-dan sifarişlər alır
I Türk Dövlətləri Endourologiya Konqresində nələr müzakirə edildi?