Deist də ateist kimi kafir hökmündədir? Dinləri inkar edib, yalnız Allaha inanan da imanlı sayılırmı?
İlahiyyatçı: “Deistin Allahı ilə müsəlmanın Allahı eyni deyil”
“İman bir hadisəni təsdiq etmək, onun arxasında dayanmaq mənasını ifadə edir. İslama görə iman Həzrəti Məhəmməd (s.ə.s.) peyğəmbərin gətirmiş olduğu bütün prinsiplərə inanmaq və qəbul etməkdir”.
Bunu ilahiyyatçı Rövşən Məmmədov “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, imanın altı vacib şərti var: “ Birinci şərt Allahın bir olduğunu və varlığını qəbul etməkdir. Bu çox önəmlidir. İkinci şərt mələklərin varlığına inanmaqdır. Sadəcə mələklər də deyil. “Qurani-Kərim”də cinlər, ruhani varlıqlar var. Bunların da varlığını qəbul etmək iman şərtlərindən sayılır. Üçüncü olaraq, Allahın müxtəlif dövrlərində göndərdiyi kitablara inanmaqdır. Dördüncüsü Hz.Məhəmməd (s.ə.s.) başda olmaqla, Hz.Adəmdən son peyğəmbərədək gəlmiş bütün Allahın elçilərini, rəsul və nəbilərini qəbul etməkdir. İmanın ən önəmli şərtlərindən biri də axirətə inam məsələsidir. İmanın altıncı şərti isə qədərə inanmaqdır. Kainatdakı hadisələrin ilahi nizamla baş verdiyini, onlarda hikmətin olduğunu, xeyir və şərin Allahdan olduğunu bilmək lazımdır. Çünki hər şeyi yaradan Rəbbimizdir”.
İlahiyyatçı qeyd edib ki, altı şərtdən birini qəbul etməyən insan iman dairəsindən çıxır və mömin sayılmır: “Müsəlman və mömin kəlmələri eyni mənalı sözlərdir. Hər bir müsəlman sadaladığım 6 şərtə iman etməlidir. Onu da unutmamalıyıq ki, imanla əməl bir bütövdür. Mömin mütləq şəkildə Allahın əmr etdiyi ibadətləri yerinə yetirməli, namaz qılmalı, oruc tutmalı, zəkat verməli, imkanı daxilində Həccə getməli, haramlardan uzaq qalmalıdır. Lakin biri ibadət etmirsə, ona kafir demək olmaz. Beləsini fasiq adlandıra bilərsiniz”.
R.Məmmədov imanın dəyişkənliyinə də aydınlıq gətirib: “İmanın artıb- azalmasına ən böyük təkan nədir? Əməllər. Bir insanın Allahın əmrlərinə bağlılığı artdıqca, imanı da çoxalır. İmanın artıb- azalması əməllərlə bağlı baş verir. Namazla imanı qardaşdır. Belə təsəvvür edin ki, iman böyük, namaz isə kiçik qardaşdır.Namaz insanı Allaha yaxınlaşdıran çox fərqli bir ibadətdir və imanın ən böyük təzahürüdür".
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub