İlahiyyatçı: "Şiə məzhəbi İmam Əlini peyğəmbərlə eyniləşdirmir, əliallahilər qəbul edilməzdir"
Həzrəti Əli Azərbaycanda olubmu? Neçə yaşında islamı qəbul edib? İmama Allah deyənlər kimlərdir?
“ İmam Əli islamda önəmli xidmətləri olan böyük şəxsiyyətdir. Ondan bəhs olunan “Qurani-Kərim” ayələri var”.
Bunu ilahiyyatçı Hacı Eldayaq Hüseynov “Yaşıl orta” verilişində deyib. İmam Əlinin müzakirə olunduğu verilişdə digər ilahiyyatçı Fərid Abdulla da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı ətraflı məlumat verib. E.Hüseynov bildirib ki, el arasında işlədilən “Əli yolu” ifadəsi imamın haqq yoluna işarədir: “ O, böyük şəxsiyyət idi. Elminə, ədalətinə, səxavətinə, döyüş şücayətinə dair bir çox hədislər var. Həmçinin İmam Əli bütün dini əqidələrin, məzhəblərin qəbul etdiyi və sevdiyi ortaq dəyərdi”.
İlahiyyatçı Fərid Abdulla isə İmam Əlini möcüzə adlandırıb: “ O, peyğəmbərin tərbiyəsi ilə böyümüş, Allah rəsulunun yetişdirdiyi bir möcüzə idi. Onun elmi, dindəki xidmətləri böyük şəxsiyyət kimi qəbul olunmasına yetərlidir. Düzdür, hələ də müxtəlif bölgələrimizdə imamla bağlı rəvayətlər var. Çoxu yalan, qondarma hekayələrdi. Məsələn, İmam Əlinin qılıncı ilə dağı yarması kimi. Bu cür şişirdilmiş rəvayətlər sevgidən yaransa da doğru məlumatlar deyil. İmam Əlinin belə uydurma hekayətlərə ehtiyacı yoxdur. Onun böyüklüyü şücayəti, ədaləti, səxavəti kimi yüksək dəyərlərlə ölçülür”.
F.Abdulla qeyd edib ki, Hz.Əlinin Azərbaycanda olmasına dair tarixi dəlil yoxdur: “ Bununla bağlı da rəvayətlər var. Bəlkə də imamın ölkəmizə səfər etməməsi kimlərisə məyus edə bilər. Amma həqiqəti söyləmək və qəbul etmək lazımdır. Bu cür uydurma rəvayətlər İmam Əliyə olan sevgidən qaynaqlanır. Ona olan sevgidə ifrata varanlar, hətta imama Allah deyənlər də var. Bəziləri ələvilərin əliallahi olduğunu zənn edir. Amma belə deyil. Mən şəxsən təcrübəmdə əliallahilərlə rastlaşmamışam. Onu xüsusi ilə qeyd etməliyik ki, əliallahilik dində qəbuledilməz bir əqidədir”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub