“Quran doğru tərcümə olunmayıb? “18+” ayələr var?”-Hacı Şahin Həsənli ilə…
İmam Əlinin tərtib etdiyi Quran yandırılıb? Niyə ilk “Ələq” endiyi halda müqəddəs kitab “Fatihə” ilə başlayır?
“ “Qurani-Kərim” dinimizin başlıca mənbəyidir. Amma tək qaynaq deyil. Hədis, icma kimi başqa mənbələr də var. İcma dedikdə Məhəmməd peyğəmbərin dövründə yaşayan alimlərin fikri nəzərdə tutulur. Həmçinin ağıl da dini mənbə sayılır. Odur ki, “Quran”ı tək qaynaq qəbul etmək düzgün deyil”.
Bunu ilahiyyatçı Hacı Şahin Həsənli “Yaşıl orta” verilişində deyib. O bildirib ki, önəmli olan ayələri doğru anlamaqdır: “ “Quran” səhv başa düşülərsə, insan aza da bilər. Odur ki, ayələrin izahına da ehtiyac var. Hədislər bizə dini hökmləri açıqlayır. Rəbbimiz buyurur ki, peyğəmbər özündən heç nə deməz, öz nəfsindən danışmaz, o yalnız vəhyi çatdırır. Allah rəsulunun sözü nəfsdən qaynaqlanmadığı üçün vəhy kimidir. “Qurani-Kərim”də bir çox ümumi ayələr var və onların şərhi hədislər vasitəsilə aydın olur. Məsələn, namazla bağlı ayələr qeyd olunub. Amma onun geniş izahını, ardıcıllığını hədislər sayəsində öyrənirik. Bu gün bəzi cərəyanlar sünnəni inkar edərək yalnız “Quran”a əsaslanır. Halbuki etdikləri ibadətin şəkli və sıralaması hədislərin buyurduğu kimidir. Odur ki, sünnəsiz islamı təsəvvür etmək mümkün deyil. Hədissiz islam bir növ peyğəmbərsiz din deməkdir”.
Ş.Həsənli qeyd edib ki, yalan hədislər də var: “Müxtəlif məqsədlər üçün uydurulmuş hədislərə də rast gəlirik. Biz yalanlara görə doğrulardan imtina edə bilmərik.Burada önəmli olan səhih mənbələrə istinad etməkdir. Doğru rəvayətdirsə, qəbul edirik. Ayələrin nazil olma səbəbləri sünnə ilə açıqlanır. Bu Allahın əmrlərini daha dolğun şəkildə anlamağımıza kömək edir. Hədis “Quran”a uyğun olmalıdır. Əgər ayə ilə ziddiyyət varsa, “Quran” əsas götürülür və deməli o hədis səhih deyil”.
İlahiyyatçı “Quran” tərcümələri ilə bağlı da fikirlərini bölüşüb: “ Bütün tərcümələrdə nöqsanlar ola bilər. Bu tək “Quran”a aid deyil. Həmçinin müqəddəs kitabımızın dilimizə tərcüməsində də naqisliyin olması mümkündür. Mən özüm də bəzi məqamlarda tərcüməçi ilə razılaşmamışam. Amma bu görülən işə kölgə salmamalıdır. Daha yaxşı olar ki, müsəlmanlar “Quran”ı orijinaldan oxusunlar. Ərəb dilini bilməyənlər isə mütləq tərcüməsindən faydalansın. Çünki hər kəsin öz dinini bilməyi önəmlidir”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub