İnsan taleyini necə dəyişə bilər? Hansı günah ömrü qısaldır?
Hansı günah ruzimizi azaldır, ömrümüzü qısaldır? Allahın bağışlamayacağı günah varmı? Ən böyük günah nədir? Peyğəmbər günahsız idisə, nə üçün tövbə edirdi? İmam Əlinin dilindən möhtəşəm dua...
“Təhrif olunmuş dinlərdən fərqli olaraq, islamda kasta anlayışı yoxdur. Allah və bəndəsi var. Təəssüf ki, çox zaman insanlar dinlə dindarı səhv salır. Bir kəs namaz qılmırsa, bu ciddi narahatçılıqdan xəbər verir. Amma kimsə ibadət edirsə, bu hələ onun yaxşı insan olması demək deyil”.
APA TV-nin məlumatına görə, bunu Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri,ilahiyyatçı Hacı İlqar İbrahimoğlu “Yaşıl orta” verilişində deyib. O bildirib ki, Əhli-beyt məktəbinə görə, peyğəmbərlər və imamlar məsumdur: “Yəni onların Allah tərəfindən kamil bilgiləri və güclü iradələri var. Odur ki, iradəli halda Allah hüzurunda günah etməzlər. Buna görə də peyğəmbərlərin və imamların məsumluğu iradəlidir. Günahsız olduqları üçün də nümunədirlər. “Qurani-Kərim”də peyğəmbərin müsəlmanlara örnək olması ilə bağlı ayə var”.
İ.İbrahimoğlu günahın tərifini də izah edib: “Günah insanın özünə zülm etməsidir. Etdiyimiz əməllərin həyatımıza, taleyimizə təsiri var. Bəzən günah arzularımızın həyata keçməyinə maneə olur. Yəni əməllərimiz dualarımızı həbs edir. Allah bizə nemətlər ayırıb, biz isə günahlarımız sayəsində o nemətlərdən məhrum oluruq. Nəticə olaraq, özümüz-özümüzü məhrum edirik. Ən böyük günahlardan biri Allahın rəhmətindən məyus olmaqdır. Kimsə Yaradanın rəhmətindən ümidini üzürsə, o tövbə potensialını məhv edir. Unutmamalıyıq ki, bizim nə qədər çox günahımız varsa, Allahın rəhməti ondan da böyükdür”.
İlahiyyatçı qeyd edib ki, insan öz taleyini dəyişə bilər: “Bu əməllərimizdən asılıdır. Yaşadığımız sıxıntılar tək günahlarımızdan qaynaqlanmır. Bəzən Allah-Təala öz sevimli qulunu sınağa çəkir. Yaradan bəndəsinin potensialının daha da artmasını istəyir. Çətinlik anında içimizdə gizlənən potensial imkanlar üzə çıxır. Həmçinin insanın fikrini konsentrasiya etmə böhranı var. Günah orada başlayır. Günah o zaman baş verir ki, biz konsentrasiyanı itiririk. İnsan yeni, qatı açılmamış günahlar etdikcə, yeni bəlalar və yeni müsibətlər üzə çıxır”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Naxçıvandakı 300 İLLİK EVİN SİRRİ: Bu evdə ermənilər də yaşayıb
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
Asif Əsgərov TƏLTİF EDİLDİ
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Noyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb
“Qulağım eşidə-eşidə “bu nə əclaf adamdır!” dedilər” – Nurəddin Mehdixanlı
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyev Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşdü
İnsanları və heyvanları “udan” “QANLI DƏRƏ”DƏN REPORTAJ
Prezident Hanoyda abidə önünə əklil qoyub
Ölkəmizdə ilk: Dövlət-Biznes Əməkdaşlığı Forumu KEÇİRİLDİ
Prezident Sərəncam imzaladı
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 155 sakin yurda döndü
Yuxarı mərtəbələr qızmır? – Damüstü qazanxanalar ÇIXIŞ YOLU OLA BİLƏRMİ?
Lənkəranda Çin tutu - Bu ağacın meyvəsi hər kəsi təəccübləndirir
Çipsiyə aksiz, fermerə güzəşt, taksiyə 1%... - Vergi Məcəlləsində yeniliklər
Xocavənddə sevinc dolu gün: 48 ailəyə yeni evlərinin açarları verildi
“Danışmaq istəmirsən, danışma” – Səyyad Arandan həmkarlarına etiraz
Prezident Almaniyanın nümayəndə heyətini qəbul edib
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 333 sakin yurda döndü
17 Noyabr – Xalqın azadlıq səsinə çevrilən gün
“Kişmiş” restoranındakı yanğının TƏFƏRRÜATLARI
Qarşıdakı günlərdə bizi hansı hava şəraiti gözləyir?
Sabahın hava proqnozu açıqlandı
Köhnə təkərlərdən möcüzələr yaradan Ucarlı usta ABŞ-dan sifarişlər alır
I Türk Dövlətləri Endourologiya Konqresində nələr müzakirə edildi?