Elşad Miri : "Mehdi gəlməyəcək"
İlahiyyatçıdan şok açıqlama: "İslamda möcüzə yoxdur, Məhəmməd peyğəmbər də günah edib, Quranı dəstəmazsız oxumaq, lakla dəstəmaz almaq olar"
“Bu gün islam adına doğru bildiyimiz bir çox məlumatlar əslində uydurma və xurafatdır. Müsəlman dinlə mövhumatı ayırd etməyi bacarmalıdır”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Elşad Miri “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, “Qurani-Kərim” Allahın sözüdür və islamın qaynağıdır: “Biz bu kitabdan sorğu-sual olunacağıq. Amma “Quran”a yanaşmamız doğru deyil. Onu müqəddəsləşdirərək, əl çatmaz edir, özümüzdən uzaqlaşdırırıq. Halbuki hər bir müsəlmanın stolüstü kitabı olmalıdır. Onu oxumalı və əməl etməliyik. “Quran”ı tək üstün edən onda ilahi kəlamların olmasıdır. Amma bu onu müqəddəsləşdirmir. Çoxumuz elə bilirik ki, “Quran”a dəstəmazsız toxunmaq olmaz. Bu özü yalan məlumatdır və heç bir əsası yoxdur. Bildiyiniz kimi kompyuterlərdə, mobil telefonlarda “Quran”nın elektron versiyası var. O zaman telefonda ayələri oxumaq üçün də dəstəmaz almalıyıq?”
İlahiyyatçı qeyd edib ki, islamda möcüzə də yoxdur: “ Əvvəlki peyğəmbərlərə möcüzələr verilib. Amma sonuncu nəbiyə “Quran”dan başqa heç bir möcüzə verilməyib. İslamın tək möcüzəsi “Qurani-Kərim”dir. “İsra” surəsinin 59-cu ayəsində uca Allah belə buyurur: “Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin (keçmiş ümmətlərin) onları yalan hesab etmələridir”. Məhəmməd peyğəmbərə möcüzə verilmədiyi açıq şəkildə qeyd olunur. Odur ki, islam adına uydurulan möcüzələrin heç bir əsası yoxdur, hamısı yalandır”.
Elşad Miri Hz. Mehdi barədə də sualları cavablandırıb. Bildirib ki, bu mövzu ilə bağlı “Quran”da bir kəlmə də yoxdur: “ Hər iki məzhəb Mehdinin gəlişini gzöləyir. Bu barədə yalnız hədislərdə məlumat var. İbn Qayyim əl-Cauzi adlı məşhur bir alim Mehdi haqqındakı rəvayətlərin hamısını zəif və uydurma adlandırıb”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub