Elşad Mirinin "Hz.Mehdi gəlməyəcək və Quran müqəddəs deyil" iddialarına cavab!
Hz. Mehdi nə zaman və hansı ölkədə zühur edəcək? Müsəlmanlar onu necə tanıyacaq? Hz.Mehdi sağdırsa, indi hardadır və yaşayışı necədir?
“Həzrəti Mehdi əleyhissəlam peyğəmbərimizin nəslindəndir, 12-ci imamdır. 11-ci İmam Həsən ibn Əli əl-Əskərinin övladıdır, anası isə Rum padşahının nəvəsi Nərcis xatundur”.
Bunu “Corat” məscidinin axundu Hacı Sahib Məmmədov “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, Hz. Mehdi 5 yaşında imamlığa çatıb və 69 il kiçik qeyb dövrünü yaşayıb. Bu müddətdə 4 xüsusi nümayəndələri vasitəsilə ilə əlaqə saxlayıb. 69 ildən sonra böyük qeyb dövrü gəlir. İndiyədək də qeybdədir. Onunla bağlı dini qaynaqlarda məlumatlar var. Hədisdə buyrulur ki, peyğəmbərin adında olacaq və 2 qeyb dövrü yaşayacaq. Hz. Mehdinin nə zaman gələcəyi məlum deyil. Amma mənbələrdə keçir ki, qiyamətə 1 gün qalsa belə Allah-Təala onu yer üzünə göndərəcək. Əsas missiyası haqq-ədaləti bərqərar etmək olacaq. O, sağdır və hazırda insanların arasında yaşayır”.
İlahiyyatçı Samir Əzizov isə “Qurani-Kərim”də Hz.Mehdi ilə bağlı ayələrin olduğunu qeyd edib: “Açıq şəkildə adı çəkilməsə də, barəsində bəhs olunur. Məsələn, “Tövbə” surəsi nin 33-cü, “Nuh” surəsinin 55-ci ayələri bu haqdadır. Buyrulur ki, qiyamətə yaxın bir zamanda Yer üzündə saleh bəndələrin hakimiyyəti gerçəkləşəcək. Haradan çıxacağı ilə bağlı fərqli fikirlər var. Bəzi qaynaqlara görə, Mədinə və Mədinə ətrafında zühur edəcək. O, insanları yaxşı tanıyır. Amma adamların onu tanıması hələlik mümkün deyil. İmam Mehdi əleyhissəlamın intizarını dərk edir və gözləyirik. İntizar özü bir əməldir. Hədislərdə buyurulur ki, İmam Mehdini gözləmək ən fəzilətli əməllərdəndir”.
S.Məmmədov “Mehdi” adının mənası barədə də məlumat verib: “ “Mehdi” əslində adı deyil, ləqəbidir. Adı Məhəmməddir. “Məhdi” sözünün mənası hidayət olunmuş deməkdir. İnsanları hidayət edəcək. Hz.Mehdi qocalmır, rəvayətlərə görə təxminən 30-40 yaşlarında zühur edəcək”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub