Hz.Fatimənin vəsiyyəti,İmam Əlidən son istəyi nə olub?
Hz.Fatimənin üstünlüyünün səbəbləri...
Onunla bağlı ayə varmı?
Fatimə adının mənası nə deməkdir?
Xanım Zəhra nə üçün gizli dəfn olunmağını istəyib?
Niyə məzarının yeri məlum deyil?
“ Xanım Fatimeyi-Zəhra peyğəmbərimizin sevimli qızı olub. Onu Allah rəsulunun digər övladlarından üstün edən bir sıra səbəblər var”.
Bunu ilahiyyatçı Fərid Abdulla “Yaşıl orta” verilişində deyib. O bildirib ki, Hz.Fatimənin peyğəmbərin həyatında xüsusi yeri olub: “Məhəmməd peyğəmbərin həyat yoldaşı Hz.Xədicə və əmisi Əbu-Talib dünyasını dəyişir. İki dəyərli və onu dəstəkləyən insanı itirməsi rəsulillaha çox pis təsir edir. Hətta həmin ili hüzn ili də adlandırır. Çətin bir dönəm idi. Məkkə müşrikləri müsəlmanları iqtisadi blokadaya salmışdı. Bu qədər sıxıntının içində peyğəmbərin təsəlli tapdığı insan qızı Hz.Fatimə idi. Allah rəsulu anasız böyümüşdü. Xanım Zəhra bir növ həm anasını, həm də Hz.Xədicəni əvəz edirdi. Əbəs yerə deyil ki, xanım Fatimənin “peyğəmbərin anası” mənasını verən ləqəbi də var”.
İlahiyyatçının sözlərinə görə Hz.Fatimənin doğum tarixi ilə bağlı dəqiq məlumat yoxdur: “ O, Məkkə şəhərində dünyaya gəlib. Amma doğum tarixi mübahisəlidir. Məsələn, bir mənbəyə görə xanım Fatimeyi-Zəhra atası peyğəmbərliyə seçilməzdən 5 il öncə dünyaya göz açıb. Digər qaynaqlara əsasən isə peyğəmbərlikdən 5 il sonra doğulub. Rəsulillahın övladları ilə bağlı da fərqli fikirlər mövcuddur. Ümumiyyətlə isə çoxluq peyğəmbərin 7 övladının olduğunu qəbul edir. Bunların altısı xanım Xədicəyə, biri isə yəhudi zövcəsinə nisbət verilir”.
F.Abdulla qeyd edib ki, “Fatimə” ərəb toplumunda yayğın ad olub: “ Mənası qoparılıb ayrılmaq deməkdir. Belə izah olunur ki, xanım Zəhra məhz şərdən, pislikdən, cəhənnəmdən qoparılıb ayrılmışdır. Həmçinin bu ad parıltı, parıldamaq anlamını da daşıyır”.
İlahiyyatçı xanım Fatimə ilə bağlı Quran ayələrini də sadalayıb: “Peyğəmbərin sevimli qızı ilə bağlı bir neçə ayə var. Onlardan biri “Kövsər”dir.Çünki ayədə deyilir ki, biz sənə kövsər əta etdik. Allah rəsulu Hz.Fatimə çox sevər və böyük dəyər verərdi. Hətta qızını o qədər dəstəkləyərdi ki, insanlar baxıb qibtə edərdilər”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
“Halal iqtisadiyyat və İslam maliyyəsi: yeni imkanlar” – MÜSAHİBƏ
IsDB-nin İllik Toplantıları çərçivəsində bir sıra maliyyə və investisiya sazişləri imzalanıb
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
Mikayıl Cabbarov: Qarabağın inkişafına böyük diqqət ayrılıb
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir
Paşinyanın qələbəsi: Səbəblər və mümkün NƏTİCƏLƏRİ
Nazir müavini: 200-dən çox təhlükəli mövzularda videoya məhdudiyyətlər qoyulub
Dövlət Proqramı çərçivəsində aqrar kredit faizlərinin yarısı subsidiyalaşdırılacaq
Xankəndidə su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyəti təmin olunub
“PAŞA Kapital” maliyyə göstəricilərini təqdim edib
Sərsəng su anbarına mediatur təşkil olunub
Azərbaycanın su təhlükəsizliyinin strateji dayaqlarından biri - Taxtakörpü Su Anbarı
Prezident Mərkəzi Bankın yeni binasının açılışını etdi
Astarada ilk çay yığımı davam edir
WUF13 APA TV-nin gözü ilə
Abdulkadir Uraloğlu BTQ-nin önəmindən danışdı
Xankəndidə əlcək istehsalı müəssisəi fəaliyyətə başlayır