Meyxana, lirik mahnılar, tar,kaman haramdır? - DEBAT
İslama görə hansı musiqi və çalğı alətləri haramdır?
Piano, skripka, klarnet dinləmək də günah sayılırmı?
Musiqinin günah olmasının Quranda dəlili varmı?
“İslam hüququnda “ğina” adlı termin var. Böyük islam alimləri, hədisşünaslar ğinanı qadağan olunmuş musiqi adlandırırlar. Lakin dinimizin musiqiyə yanaşması birmənalı haram deyil”.
APATV-nin məlumatına görə, bunu ilahiyyatçı Bəşir Mənsurov “Yaşıl orta” verilişində deyib. İslam və musiqi mövzusunun müzakirə olunduğu söhbətdə digər ilahiyyatçı Rəşad Məmmədov da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı tamaşaçı suallarını cavablandırıb. B.Mənsurov bildirib ki, islama görə musiqi halal və haram olmaqla 2 yerə ayrılır: “ Ğina ilə bağlı dində müxtəlif fikirlər var. Ortaq rəy budur ki, səs titrəyişlə boğazdan çıxır, qəlqələ yaradır, insan sümüyünə düşürsə, haramdır. Həmçinin dinləyicinin ruhuna, psixikasına mənfi təsir edən, mətnində ədəbsiz sözlər olan, zinaya təhrik edən, şəhvət oyadan musiqilər də haramdır. Buna misal olaraq, ağır roku qeyd edə bilərik. Həmçinin cazın bəzi növləri də dini baxımdan qadağandır. Qalan bütün musiqilər halaldır”.
İlahiyyatçı qeyd edib ki, qadağa şərtləri musiqinin mahiyyəti və təsiri ilə müəyyən edilir: “ Eyş-işrət məclislərində səslənən musiqilər də qadağandır. Yerdə qalan musiqilərin haram olub-olmadığını fərd özü təyin etməlidir. Məsələn, dinlədiyi musiqi onda dünyaya daha çox bağlılıq yaradır, şəhvani hisslər oyadır, Allahdan uzaqlaşdırır, yaxud da aqressiv edirsə, ondan uzaq durmalıdır. Bəzi musiqi növləri var ki, insan dinləyəndən sonra aqressivləşir, özünə və ətrafa zərər verir. Bu cür musiqilər də haramdır”.
Digər ilahiyyatçı Rəşad Məmmədov da musiqi ilə bağlı fikirlərini bölüşüb. O, isə dində heç bir musiqi qadağasının olmadığını, bütün növ musiqi və çalğı alətlərinin halal olduğunu bildirib: “ Mən dində musiqi ilə bağlı məhdudiyyətlərin olmasına inanmıram. İslamda heç bir musiqi haram deyil. Əgər kimsə musiqiyə qulaq asandan sonra mənfi hal yaşayırsa, bunun günahı musiqi deyil, insan psixikasıdır. Yaxud da müsəlman musiqi dinləyəndə zinaya meyl edirsə, yenə səbəb musiqi deyil, onun əxlaqıdır”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub