İlahiyyatçı : "İslamda qara bayram yoxdur!"
Müsəlman Novruzu hansı şərtlərlə qeyd edə bilər?
Hansı Novruz mərasim və ənənələri islamda haramdır?
Səməni cücərtmək, tonqal qalamaq günah sayılırmı?
Peyğəmbər də Novruzu qeyd edib?
Novruz namazı varmı?
İslamda qara bayram yoxdur?
“Novruz İslama aid olmasa da dinimizin qarşı çıxdığı bir bayram deyil. Hər bir xalqın özünəməxsus yerli adət-ənənləri var. Şəriət hökmlərinə zidd olmadığı halda İslam milli mərasimləri, o cümlədən də bayramları qəbul edir. Yəni müsəlman müəyyən şərtlər çərçivəsində Novruzu da qeyd edə bilər”.
APA TV-nin məlumatına görə, bunu “Qasımbəy” məscidinin axund müavini, ilahiyyatçı Hacı Samir Ağayev “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, bir neçə elementi çıxmaq şərti ilə Novruz ənənələri islam prinsipləri ilə ziddiyyət təşkil etmir: “ Məsələn, fal birmənalı olaraq dində haramdır. Hətta əyləncə niyyəti ilə də bayram günü fala baxmaq olmaz. Eləcə də tonqaldan tullanarkən məzmununda şirk olan bəzi deyilmlər günah sayılır. Lakin ümumən Novruz islam dəyərlərinə tərs deyil. Əksinə bir sıra bayram ənənlərini din də dəstəkləyir. Buna misal olaraq, təmizlik işlərinin aparılmasını, küsülülərin barışmasını, qohum-qonşu ilə bayramlaşmağı qeyd etmək olar. Hər biri özlüyündə gözəl əməldir və İslamla da uyğunluq təşkil edir”.
İlahiyyatçı qeyd edib ki, İslamda qara bayram yoxdur, lakin belə bir mərasimin keçirilməsi şəriət hökmlərə zidd sayılmır: “ Dini qaynaqlarda qara bayram anlayışı yoxdur. Lakin müsəlman ənənəvi olaraq rəhmətə gedən yaxınına qara bayram keçirirsə, buna haram deyə bilmərik. Eləcə də bayram öncəsi məzarlar ziyarət olunur. Qəbir ziyarəti İslamda tövsiyyə olunan əməldir. Çünki insan orada dünyanın fani olduğunu, ölümü xatırlayır. Kimsə Novruz qabağı doğmalarının məzarını ziyarət edirsə, bu da islama əks deyil”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Naxçıvandakı 300 İLLİK EVİN SİRRİ: Bu evdə ermənilər də yaşayıb
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
Asif Əsgərov TƏLTİF EDİLDİ
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Noyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb
“Qulağım eşidə-eşidə “bu nə əclaf adamdır!” dedilər” – Nurəddin Mehdixanlı
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyev Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşdü
İnsanları və heyvanları “udan” “QANLI DƏRƏ”DƏN REPORTAJ
Prezident Hanoyda abidə önünə əklil qoyub
Ölkəmizdə ilk: Dövlət-Biznes Əməkdaşlığı Forumu KEÇİRİLDİ
Prezident Sərəncam imzaladı
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 155 sakin yurda döndü
Yuxarı mərtəbələr qızmır? – Damüstü qazanxanalar ÇIXIŞ YOLU OLA BİLƏRMİ?
Lənkəranda Çin tutu - Bu ağacın meyvəsi hər kəsi təəccübləndirir
Çipsiyə aksiz, fermerə güzəşt, taksiyə 1%... - Vergi Məcəlləsində yeniliklər
Xocavənddə sevinc dolu gün: 48 ailəyə yeni evlərinin açarları verildi
“Danışmaq istəmirsən, danışma” – Səyyad Arandan həmkarlarına etiraz
Prezident Almaniyanın nümayəndə heyətini qəbul edib
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 333 sakin yurda döndü
17 Noyabr – Xalqın azadlıq səsinə çevrilən gün
“Kişmiş” restoranındakı yanğının TƏFƏRRÜATLARI
Qarşıdakı günlərdə bizi hansı hava şəraiti gözləyir?
Sabahın hava proqnozu açıqlandı
Köhnə təkərlərdən möcüzələr yaradan Ucarlı usta ABŞ-dan sifarişlər alır
I Türk Dövlətləri Endourologiya Konqresində nələr müzakirə edildi?