Hansı saatlarda görülən yuxu gerçək olur?
İslam yuxu yozmalarını qəbul edir?
Hansı röyalar gerçəkləşir?
İnsan gələcəyindən necə xəbər tuta bilər?
Allah baş verəcək hadisəni yuxu ilə agah edirmi?
Yuxunu kim, necə yoza bilər?
Vanqa, Nostradamus kimi öncəgörücülərə dinin münasibəti...
“ “Qeyb” ərəb dilindəki “ğeyb” sözündən götürülüb və hərfi mənası hiss orqanları ilə müəyyən edilməyən, dərk olunmayan deməkdir. Bu geniş mövzudur və nisbi mahiyyət daşıyır. Yəni biri üçün qeyb sayılan digərinə aşkar ola bilər”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Ağarəşid Talıbov “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, nisbi qeyb zamana və insana görə dəyişir: “ Məsələn, mələk qeyri-maddi varlıqdır. O, gözlə görünməz və insana görə qeyb aləminə aiddir. Amma mələklər özləri və Allah üçün qeyb sayılmaz. Həmçinin elə mözvu ola bilər ki, daha öncə qeyb sayılıb, amma zamanla aşkara çıxıb”.
İlahiyyatçı qeyd edib ki, peyğəmbərlər də Allahın izni ilə qeybi bilib: “Bunu isbat edən ayələr var. Doğrudur qeybin açarları yalnız uca Yaradanın əlindədir. Lakin Rəbb istədiyi insana o elmin məlumatlarını ötürə, gələcək ilə bağlı xəbər verə bilər. Bu yuxu və ilham vasitəsi ilə də mümkündür. Məsələn, kiminsə ürəyinə damar, yaxud da yuxuda görər. Amma onu qeyd etməliyik ki, hər röya da həqiqət deyil. Şeytanın təsir etdiyi yuxular yalan olur. Ümumən isə röyanın təsirinə düşmək, həyatı, işi ona görə yönləndirmək doğru deyil. Yuxuya çox etimad etmək, inanmaq ciddi fəsadlara da səbəb ola bilər”.
A.Talıbov islamın yuxu yozumuna münasibətinə də aydınlıq gətirib: “ Yalnız dini mənbələrə, peyğəmbərlərə istinad edilən yuxu yozumları doğrudur. Bu islamın yanaşmasıdır. Əks halda həqiqət sayılmır. Ola bilər ki, hansısa yozum doğru çıxa, amma bu, sırf təsadüfən mümkündür. Bir də xüsusi saatlar var ki, həmin vaxt görülən röya gerçəkləşə bilər. Bu sübh və günorta namazlarından əvvəl görülən röyalara aiddir. Lakin bu da birmənalı olaraq, həqiqət kimi qəbul edilməməlidir. Yəni gerçək ola da bilər, olmaya da. Röyaya çox aludə olmaq məsləhət deyil”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub