Kosmetika və qəlyan haramdırmı? "Facebook”da nələr günahdır?
Allah hansı günahı bağışlamayacaq?
Lotereya, futbolla bağlı mərc oyunları da haram sayılırmı?
Ən böyük günah nədir?
“Günah Allahın iradəsinə qarşı çıxmaq, Rəbbin hökmündə yaşayıb, o hökmü heçə saymaqdır. Eləcə də günah mələklərin var olduğu yerdən şeytanın yanına keçiddir”.
APATV-nin məlumatına görə, bunu ilahiyyatçı Ağa Hacıbəyli “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, günah rəhmətdən qəhrə doğru yürüşdür: “Bir insan cəhalətindən və ya inadından dolayı haqqın buyurduğuna qarşı çıxır, baxma dediyinə baxır, etmə dediyini edirsə, deməli günah qazanır. İslam hüququna görə günahlar böyük və kiçik olmaqla 2 yerə ayrılır. Bəzən müsəlmanlar kiçik xətaları ciddi qəbul etmir və zamanla vərdişə çevirir. Özü də fərqində olmadan o kiçik səhvlər artır və böyük günaha çevrilir. Unutmamalıyıq ki, hər bir günahın təməlində küfrə və cəhənnəmə gedən yol var. İnsan Rəbbin əmrinə qarşı çıxdıqca, fitrəti pozulur, tədricən insani xislətlərini itirir. Hətta bir gün qatilə də çevrilir. Odur ki, böyük-kiçik demədən hər cür günahdan çəkinmək lazımdır”.
İlahiyyatçı qeyd edib ki, günahlar mahiyyətlərinə görə də fərqlənir: “Məsələn, içki günahdır. Amma bir var evində bu xətanı edəsən, bir də var toplum içində təbliğ edərək. Eyni əməl olmasına baxmayaraq, ikinci halda müsəlman daha çox günah qazanır. Onu da qeyd edək ki, insan günaha meyilli varlıqdır. Tamam xəta etmədən yaşamaq mümkün deyil. Bəndə səhv edə bilər, önəmli odur ki, günahı dərk edib, tövbə qapısına üz tutsun”.
A.Hacıbəyli ən böyük günah barədə də məlumat verib: “ Allah bəndəsinə şirk istisna olmaqla bütün xətaları bağışlayar. Yeganə günah Rəbbə şərik qoşmaqdır ki, Yaradan bunu əfv etməz. Yəni kimsə belə bir əməllə dünyadan köçsə, axirətdə ona bağışlanma nəsib olmayacaq. Çox ağır bir günahdır və müsəlman bu əməldən çəkinməlidir. Şirkə düşən insan bir an öncə tövbə edib, Allahdan bağışlanma istəməlidir”.
İlahiyyatçı siqaret və qəlyanla bağlı sualları da cavablandırıb. O, bildirib ki, islam insan orqanizminə zərər verən hər şeyi qadağan edir: “ Tütünün sağlamlığa çox böyük zərərləri var, hətta xərçəng xəstəliyinə də səbəb ola bilər. Bu məsələdə bir qayda müəyyən olunub. Qəylan, eləcə də digər vasitələr əgər səhhətə ziyandırsa, deməli din istifadəsinə icazə vermir”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub